Vilayətidən Paşinyana hədə: Trampın “ayaqlarını qıra” biləcəkmi?
Icma.az, Bakupost saytına istinadən bildirir.
İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Tramp marşrutu"nun (TRIPP) yaradılması ilə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyana xəbərdarlıq edib.
"Bakupost" xəbər verir ki, onun bu müraciəti İranın "Ettelaat" qəzetində dərc olunub.
Vilayəti "Ermənistanın baş naziri ilə açıq və səmimi söhbət" başlıqlı məqaləsində Ermənistan parlamentinin ABŞ ilə Zəngəzur dəhlizi vasitəsilə respublika ərazisindən keçən "Tramp marşrutu" üzrə əməkdaşlıq sazişini ratifikasiya etməsi qərarına münasibət bildirib.
Onun iddiasına görə, Paşinyanın atdığı addımlar erməni xalqının maraqlarına ziddir, ölkənin Qərbdən asılılığını artırır və Cənubi Qafqazda yeni münaqişə və gərginlik mərhələsinin əsasını qoyur.
Müşavir vurğulayıb ki, İslam Respublikası Zəngəzur dəhlizinin ABŞ-nin iştirakı ilə yaradılmasını qəbuledilməz hesab edir.
"Mən Ermənistan səfirinə tam aydın şəkildə bildirdim: əgər ABŞ prezidenti Donald Tramp və onun müttəfiqləri bizim bu "qırmızı xəttimizi" keçməyə cəhd edərlərsə, onların ayaqlarını qıracağıq", - deyə o bildirib.
Vilayətinin ABŞ-də Prezident Donald Tramp komandasının aralıq seçkilərdə məğlubiyyətinin ardınca səslənən bu xəbərdarlığı nə məqsəd daşıyır? Xəbərdarlığın hansı nəticələri ola bilər?
Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, İran rəsmisinin TRİPP layihəsilə bağlı Ermənistana xəbərdarlığı elə bir ciddi əhəmiyyət daşımır:
“Bu xəbərdarlığın hansısa bir nəticəsi də olmayacaq. Çünki TRİPP layihəsi ABŞ ilə Ermənistan arasında imzalanan saziş əsasında reallaşdırılacaq layihədir”.
Ekspert qeyd edir ki, bu layihənin İrana heç bir aidiyyatı yoxdur, ona görə də prosesin qarşısını almaqda Tehran acizdir:
“Tehran Ermənistanın daxili işlərinə qarışmaq səlahiyyətində deyil. Ermənistan ərazisində reallaşdırılacaq layihəyə İranın icazə verib, verməməsi barədə düşünməsi absurd və məntiqsizdir. Bütün bunlar onu göstərir ki, rəsmi Tehranın Zəngəzur dəhlizilə bağlı mövqeyi heç bir beynəlxalq hüquq normaları çərçivəsinə sığmır və real situasiyanı da ifadə etmir. İranın nəinki Ermənistan, ümumiyyətlə Cənubi Qafqazda hansısa bir “qırmızı cizgiləri” ola bilməz. Çünki İran Cənubi Qafqaza aidiyyəti olmayan bir dövlətdir. Bütün bunlar onu göstərir ki, Tehranın TRİPP layihəsinə qarşı müqaviməti real nəticələr verməyəcək. İndiki situasiyada İranın xəbərdarlıqları TRİPP layihəsinin baş tutmasına əngəl olacaq məsələ deyil. Vaşinqtonla İrəvan layihəni reallaşdırmaqda israrlıdır. Deməli, əvvəl-axır layihə həyata keçəcək”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Noyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















