Icma.az
close
up
RU
Tərlan Əhmədov: “Qarabağ” və “Sabah”la rəqabət apara biləcək komanda görmürəm”

Tərlan Əhmədov: “Qarabağ” və “Sabah”la rəqabət apara biləcək komanda görmürəm”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Beləliklə, Misli premyer-liqasında mövsüm yarılandı. Avqustdan bəri elita klublarının ilk 16 turda qeydə alınan nəticələri, komandaların oyun tərzi haqda ətraflı məlumat verdik. İndi geriyə boylanmaqla həm başverənləri təhllil etməyin, həm də mövsümün qalan yarısı üçün müəyyən proqnozlaq irəli sürməyin vaxtıdı.

Bu məqsədlə təcrübəli mütəxəssis Tərlan Əhmədova müraiciət etdik. O, ilk növbətə qışa qədər olanlar haqda ümumi fikrini bölüşdü:

“Maraqlı məqamlar da oldu, məyus edənlər də. Açığı, cəmi bir-iki oyunda daha aqressiv, sürətli performans izlədik. Qalan matçlar monoton keçdi. Ümumi proses onu göstərdi ki, əksər klublar çempionata hazır deyil. Xüsusən də, “Karvan-Yevlax”la “İmişli”. Birinci liqadan qayıdan “Qəbələ” də gözləntiləri qarşılamır. Rəqabətin də yüksək səviyyədə olduğunu deməzdim. 6-7 komanda sabit şəkildə nəticələr qazansa, bu barədə danışmaq olar. Düzü, çempionluq uğrunda daha çox komandanın mübarizə aparacağını gözləyirdim. Amma vurulan qollar, təhlükəli vəziyyətlər yetərli deyil, nəinki hansısa iddiadan danışmaq. Hələ yalnız “Sabah” bu yöndə fərqlənir. “Qarabağ” isə çox yorğundu. Bu üzdən öz oyununu göstərməkdə çətinlik çəkir. Rəqiblər bu komandalara qarşı ancaq müdafiə olunur. “Neftçi” də uğursuzluq zolağındadı. İndi yeni baş məşqçi gəlib. Yuri Vernidubun işini yanvardan etibarən görməyə başlayacağıq. Amma komandanın indiyə qədər itirdiyi xalları nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq ehtimalı çox aşağıdı. Ən yaxşı halda, mövsümün sonunda 5-ci sırada olacaqlar. Yəqin ki, son illərdəki uğursuzluqlardan lazımi nəticəni çıxarıb növbəti mövsüm daha yaxşı nəticələr qazanarlar”.

Tərlan bəy “Sabah”ı yeni güc kimi qəbul edə bilərikmi?” sualını belə cavabladı:

“Sabah” çox baxımlı futbol nümayiş etdirir. Həm müdafiədə, həm də hücumda “Qarabağ”la eyni səviyyədədi. Komandaya yeni cəlb olunan futbolçulardan Velko Simiç özündən söz etdirir. O, yaradıcılıq fonunda da böyük bacarıqlara sahibdi. Texnikası, fərdi ustalığı yüksək səviyyədə olan oyunçudu. Ümumiyyətlə, Aron Maluda, Coy-Lens Mikels və Simiç “Sabah”ın hücumlarını yetərincə təhlükəli hala gətirir. Bu komandanın müdafiə xətti də çox güclüdü, etibarlıdı. Standart vəziyyətlərdə də, demək olar ki, qüsursuzdular. Hətta deyərdim ki, ümumi oyun tərzinə görə “Qarabağ”dan üstündülər. Ancaq unutmayaq ki, Qurban Qurbanovun komandası mövsümün ilk yarısında avrokuboklarda çıxış etdiyinə görə əsas uğurlarını ikinci yarıda qazanır. Bu məqamda “Sabah”ın hələ güc sayılmadığını deyə bilərəm. Əsas məsələ qış fasiləsindən sonra əldə olunacaq nəticələrdi. Oyun üslubunda yeniliklər edən komandalar daha irəli gedəcək. Eniş də ola bilər. Bəli, indiki vəziyyətdə “Sabah” ən güclüdü. Lakin hər şeyə mövsümün qalan oyunlarında aydınlıq gələcək”.

Mütəxəssis ilk iki pillədə qərarlaşan komandaları başqalarıyla belə müqayisə etdi:
“Düzü, bu gün “Qarabağ” və “Sabah”la rəqabət apara biləcək komanda görmürəm. Qalanları yalnız 3-4-cü pillələr uğrunda mübarizə apara bilər. Əslində bu kollektivlərin oyun sistemləri göstərir ki, məqsədləri elə bu sıralarda qərarlaşmaqdı. Məsələn, “Turan Tovuz” antifutbol göstərir. Bu tərz 1990-cı illərdə məşhur idi. Bu komandanın heyəti çempionluğa layiqdi. Lakin göstərdiyi oyunun futbolla əlaqəsi yoxdu. “Turan Tovuz” normal oyun nümayiş etdirsə, hər şey başqa cür olardı. Bu komandanın sabit oyunu yoxdu. Yalnız bəzi futbolçuların fərdi ustalığı sayəsində fərqlənə bilirlər. Kəsəsi, ötənmövsümkü səhvlərini təkrarlayırlar. Görünür, bu gün “Qarabağ”la “Sabah”dan başqa sabit oyun göstərəcək komanda yoxdu. Bəlkə hansısa kollektiv bu rəqiblərdən xal alar. Bu qədər”.
Bəs hazırda turnir cədvəlində formalaşan ilk “altılığ”a hansı komanda müdaxilə edə bilər? Tərlan bəyi dinləyək: “Altılığ”a düşməyə yalnız “Neftçi”nin gücü çata bilər. Bu komanda çox ağır dönəmdədi. “Neftçi” belə uğursuzluq yaşamamalıydı. Xal itkiləri, əsas rəqiblərə uduzmaq... Hələ aşağı sıralarda qərarlaşan komandalarla bacarmamaları... Düzü, bakılıların çox keyfiyyətli futbolçuları var. Sadəcə, fiziki durumları çox aşağı səviyyədədi. Yeni baş məşqçi Vernidub da bunu təsdiqlədi. Mən illərdi bu problemi qabardıram. “Neftçi” ən pis halda avrokubokların liqa mərhələsinə vəsiqə qazanmalıydı. Bu kollektiv əzəmətəni bərpa edəcəyi halda daha yaxşı işlər görəcək. Rəqabət istəyiriksə, təkcə “Qarabağ”la “Sabah” yox, “Turan Tovuz”, “Kəpəz” və “Neftçi” də çempionluq uğrunda mübarizə aparmalıdı. Ancaq bu halda çempionatımız inkişaf edə bilər”.
Tərlan bəydən “Sabah”la “Qarabağ”ı hansı komanda dayandıra, hadisələrin axarına hansı yolla mane ola bilər” sualını cavablamasını da istədik:

“Əminəm ki, çempionluq uğrunda mübarizə “Sabah”la “Qarabağ” arasında gedəcək. Hazırda komandalar arasındakı xal fərqi böyük deyil. Bu kollektivlər qış fasiləsindən sonra səhvləri böyük ölçüdə azaltmalıdı. Həm avrokuboklar uğrunda mübarizə aparanlara, həm də premyer-liqada qalmağa çalışanlara qarşı diqqətli olmaq lazımdı. Qələbədən başqa nəticə tanımaq olmaz. Əks halda, qələbə ruhu yoxa çıxa bilər. Çempionluq nə vaxt əldən gedir? Arxayınlaşanda... “Sabah”la “Qarabağ” həm də bu məqamı diqqətdə saxlamalıdı. Təbii ki, bu komandalar bu cür məsələləri dərk edəcək peşəkarlıqdadı. Bir məqamı da nəzərə alaq. “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Liperpul”a və Frankfurt “Ayntraxt”ına qarşı oynayacaq. Bu matçlardan sonra premyer-liqa oyunlarında büdrəmək ehtimalları var. “Sabah” bu fürsətlərdən yararlansa, xal fərqini daha da artıra, sonda çempion ola bilər”.


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri