Icma.az
close
up
RU
Azərbaycan millisinin rəqibi Tacikistan barədə nələri bilməliyik? in İCMALI

Azərbaycan millisinin rəqibi Tacikistan barədə nələri bilməliyik? in İCMALI

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Sentyabrın 23-də futbol üzrə Azərbaycan millisi sentyabr-oktyabr aylarında baş tutacaq Millətlər Liqasının oyunları ərəfəsində yoldaşlıq görüşü keçirəcək. Komandamızın rəqibi Asiya Kuboku-2027-yə hazırlaşan Tacikistan olacaq.

İdman.Biz-in apardığı araşdırma nəticəsində məlum olub ki, yığmaların cəmi iki oyundan ibarət maraqlı qarşılaşma tarixçəsi var. Tacikistanın FIFA reytinqində Azərbaycanı 25 pillə qabaqlaması da diqqət çəkir. Asiya təmsilçisi 101-ci, millimiz isə 126-cı pillədə qərarlaşıb.

Tacikistanın reytinqdəki mövqeyi təsadüfi deyil. Komanda son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Yığmanın ən böyük uğuru isə son Asiya Kubokunda əldə etdiyi tarixi nəticədir. Tacikistan 2024-cü ildə ilk dəfə qatıldığı turnirdə qrup mərhələsini adlamaqla kifayətlənməyib, 1/4 finala qədər irəliləyib.

Azərbaycanla oyuna açıqlanan heyət də böyük ölçüdə 2024-cü ildəki komanda ilə əlaqəsini qoruyub. Məsələn, həmin turnirdə BƏƏ ilə 1/8 final oyununda penaltilər seriyasında bir zərbəni dəf edən qapıçı Rustam Yatimov yenidən milliyə dəvət alıb. Həmin qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, Tacikistan isə penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəlib.

Tacikistan Futbol Federasiyasının Azərbaycanla oyuna açıqladığı tam heyət belədir:

Qapıçılar: Rustam Yatimov (“Rostov”, Rusiya), Oleq Baklov (“Turan Tovuz”, Azərbaycan), Daler Əzizov (“Xosilot”).

Müdafiəçilər: Zoir Cüraboyev (“Soqdiana”, Özbəkistan), Rəhmatşo Rəhmatzadə (“Persic Cakarta”, İndoneziya), Axtam Nazarov (“Vaxş”), Vahdat Xanov, Tabrez İslomov, Əlicon Karamatullodzoda, Sodiqcon Qurbonov (hamısı “İstiqlol”), Mehrubon Kərimov (“Ravşan”), Musa Kaxorov (“Barkçi”), Abdusamad Məlikmurodov (“Regar-TADAZ”).

Yarımmüdafiəçilər: Pərvizcon Umarboyev (“Lokomotiv”, Bolqarıstan), Əlişer Cəlilov, Əmirbek Cüraboyev, Ehsani Pəncşənbe, Əlişer Şükürov, Məhəmmədcön Rəhimov (hamısı “İstiqlol”), Salohiddin İrqaşev, Furkon Rəhimzadə (“Xosilot”), Nozim Bobocönov, Əzizbek Xaitov (“Regar-TADAZ”).

Hücumçular: Şahrom Samiyev, Rustam Soirov, Şervoni Məbatsşoyev (hamısı “İstiqlol”), Şeriddin Boboyev (“Xosilot”), Fəthullo Olimzoda (“Ravşan”).

Hazırkı heyətdə Azərbaycan futboluna tanış olan iki oyunçu da var. Bunlar “Turan Tovuz”da çıxış edən qapıçı Oleq Baklov və vaxtilə “Kəpəz”in formasını geyinmiş, hazırda isə “İstiqlol”da oynayan hücumçu Şervoni Mabatsşoyevdir.

Ümumilikdə Tacikistan millisinin əsasını ölkə çempionatında çıxış edən futbolçular təşkil edir. Dəvət alan 28 oyunçunun 12-si ölkənin ən titullu klublarından biri olan “İstiqlol”un formasını geyinir. Heyətdə legionerlər də yer alıb. Beş futbolçu Azərbaycan, Özbəkistan, Rusiya, İndoneziya və Bolqarıstanda çıxış edir.

Tacikistan millisinin baş məşqçisi isə 2026-cı ilin yazından etibarən makedoniyalı mütəxəssis İqor Anqelovski-dir. O, Tacikistana qədər Şimali Makedoniya millisi ilə daha çox tanınıb. Anqelovskinin rəhbərliyi altında komanda tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Şimali Makedoniya 2022-ci il dünya çempionatının seçmə mərhələsində Almaniyanı da 2:1 hesabı ilə məğlub edib.

Anqelovski Tacikistanda yeni komanda formalaşdırmağa yenicə başlayıb. Onun rəhbərliyi altında yığma hələlik iki yoldaşlıq görüşü keçirib. Tacikistan ilk oyunda Hindistanı 3:1 hesabı ilə məğlub edib, ikinci qarşılaşmada isə eyni rəqiblə 1:1 hesablı heç-heçə edib.

Azərbaycan və Tacikistan milli komandaları indiyədək cəmi iki dəfə üz-üzə gəlib. Hər iki görüşdə Azərbaycan futbolçuları qalib gəlib. Millimiz 1993-cü ildə 2:0, 2007-ci ildə isə 3:2 hesablı qələbə qazanıb.

İlk qarşılaşma 1993-cü il iyunun 6-da Tehranda keçirilib. Azərbaycan millisinin start heyətində sonradan tanınmış məşqçiyə çevrilən Şahin Diniyev yer alıb. Arif Əsədov isə görüşün gedişində meydana çıxıb. Qurban Qurbanov da həmin oyunda iştirak edib və 70-ci dəqiqədə Ruslan Lukinin əvəzinə meydana daxil olub.

İkinci qarşılaşma isə 2007-ci il avqustun 22-də Düşənbədə baş tutub. Maraqlıdır ki, 1993-cü ildə Tacikistana qarşı futbolçu kimi meydana çıxan Şahin Diniyev 14 il sonra eyni rəqiblə oyunda artıq Azərbaycan millisinin baş məşqçisi kimi iştirak edib.

Qarşıdakı görüş yoldaşlıq xarakteri daşısa da, Tacikistan üçün konkret əhəmiyyətə malikdir. Bakıdakı oyundan sonra komanda Çinə yollanacaq və burada ev sahibləri ilə yanaşı, Fələstin millisi ilə də qarşılaşacaq. Bu oyunların hamısı Asiya Kuboku-2027-yə hazırlıq çərçivəsində keçirilir.

Tacikistan turnirdə D qrupunda Avstraliya, İraq və Sinqapurla mübarizə aparacaq. Komanda 2024-cü ildəki tarixi 1/4 final nəticəsindən sonra Asiya Kubokunun final mərhələsində ikinci dəfə iştirak edəcək.

Bu baxımdan sentyabr-oktyabr toplanışı Anqelovski üçün sadəcə yoldaşlıq görüşləri seriyası deyil. Bu oyunlar həm heyətin formalaşdırılması, həm futbolçuların yoxlanılması, həm də millinin növbəti böyük turnirə hazırlanması baxımından əhəmiyyət daşıyır.

Azərbaycan millisi Avropa komandaları ilə daha vacib oyunlara hazırlaşsa da, Tacikistan da komandamız üçün maraqlı rəqibdir. Qarşıdakı görüş yığmanın hazırkı vəziyyətini qiymətləndirmək baxımından faydalı sınaq ola bilər.

Qeyd edək ki, sentyabr-oktyabr pəncərəsində Azərbaycan millisi Millətlər Liqasında üç oyun keçirəcək. Komandamız sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də isə yenidən səfərdə Litva ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri