Icma.az
close
up
RU
Sülhün mükafatı, müharibənin hökmü

Sülhün mükafatı, müharibənin hökmü

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Tarix bəzən elə günləri yanaşı gətirir ki, hadisələrin özü sözə çevrilir. Dünən Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, bu gün isə Qarabağda onilliklər boyu sülhü təhdid etmiş, bölgəni qan və nifrət üzərində işğalda saxlamağa çalışan separatçı-terrorçu şəbəkənin başlıca fiqurlarına ağır məhkəmə hökmlərinin oxunması – bu iki hadisə eyni siyasi və mənəvi xəttin fərqli uclarıdır.
Bir tərəfdə sülh yaradan Lider, digər tərəfdə müharibəni həyat tərzinə çevirmiş cəlladlar.
Lev Tolstoy: “Zorakılıqla qurulan heç nə uzunömürlü olmur, yalnız sülh üzərində qurulan gələcək qalıcıdır.”
“Zayed İnsan Qardaşlığı Mükafatı” təsadüfi bir təltif deyil. BƏƏ-nin banisi Şeyx Zayedin adına təsis edilən, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən bu mükafat dünyada insan qardaşlığına, dialoqa və qlobal sülhə xidmət edən liderlərə verilir.
 

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq ictimaiyyətin Azərbaycan liderinin 35 ilə yaxın davam etmiş bir münaqişəni sülh və ədalət müstəvisinə çıxarmaq iradəsinə verdiyi yüksək qiymətin ifadəsidir.


Bu mükafat təkcə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanmasına görə deyil. Bu, Prezident İlham Əliyevin illər boyu nümayiş etdirdiyi liderlik keyfiyyətlərinin, diplomatik məharətinin, prinsipial mövqeyinin və sülh naminə qətiyyətli qərarlarının dünya miqyasında tanınmasıdır. Azərbaycan bu gün beynəlxalq arenada sülhə sadiq, dialoqa açıq və humanitar dəyərləri müdafiə edən dövlət kimi qəbul olunursa, bu, birbaşa həmin siyasi kursun nəticəsidir.
Lakin Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat beynəlxalq orden və medallar deyil. Onun ən ali mükafatı Azərbaycan xalqının verdiyi qiymətdir. Xilaskar Lider, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi tarixə düşmüş Prezident İlham Əliyev dövlətimizin qarşısında dayanan ən ağır problemləri həll etmiş, bu gün də Azərbaycanı qətiyyətlə gələcəyə aparan böyük Liderdir.
Konfutsi:“Xalqını sülhə aparan hökmdar gücünü silahdan deyil, ədalətdən alır.”
Bu mənzərənin digər tərəfində isə tamamilə fərqli bir “tarix” yazılır.
 

Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayanın ömürlük azadlıqdan məhrum edilməsi, Bako Saakyan və Arkadi Qukasyanın isə yaş amilləri nəzərə alınmaqla 20 il müddətinə həbs cəzası alması təkcə hüquqi qərar deyil. Bu, bölgəni müharibə ilə bəsləmiş, terroru “ideologiya”ya çevirmiş separatçı düşüncənin məntiqi sonluğudur.


Onilliklər boyu Qarabağı qan, mina və nifrət üzərində işğalda saxlamağa çalışan bu şəxslər üçün “müstəqillik”, “öz müqəddəratını təyinetmə” kimi anlayışlar sadəcə pərdə idi. Əsl mahiyyət isə sülhə düşmənçilik, insan həyatına hörmətsizlik və regional sabitliyə qarşı açıq təhdid və terror idi. Bu gün onların taleyi göstərir ki, tarix gec-tez hər kəsi və hər şeyi öz yerinə qoyur.
İroniyanın ən sərt forması isə odur ki, bu şəxslərin illərlə dilə gətirdikləri “Bakıda çay içmək” arzusu gerçəkləşdi – lakin artıq məğlub, mühakimə olunmuş və cinayət məsuliyyəti daşıyan şəxslər kimi.
Beləliklə, paralel aydındır və danılmazdır:
Sülh yaradan Lider beynəlxalq mükafatla təltif olunur.
Müharibəni, separatizmi və terroru seçənlər isə məhkəmə zalında cavab verirlər.
Bu, təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyi üçün mühüm mesajdır. Cənubi Qafqazda artıq güc dili yox, sülh dili; xaos yox, məsuliyyət; cəzasızlıq yox, ədalət hökm sürür. Tarix də məhz bu xətti təsdiqləyir.
Sahil Tahirli
Dövlət Qulluğunun Baş Müşaviri


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri