Icma.az
close
up
RU
Azərbaycan musiqisində Zeynəb Xanlarova zirvəsi

Azərbaycan musiqisində Zeynəb Xanlarova zirvəsi

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Musiqi insan ruhunun qidasıdır. Zamanın sürətlə ötüb-keçməsinə baxmayaraq elə səslər var ki, onlar unudulmur, əsrlərlə insanların yaddaşına həkk olunur. Belə səslərdən biri Azərbaycan musiqi xəzinəsinin incilərindən olan, muğamın hikmətini, milli operamızın ehtişamını və keçmiş musiqilərimizin dərin ruhunu öz bənzərsiz səsi ilə yaşadan, novator sənətkar -Zeynəb Xanlarovadır.

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərinin Dağlı məhəlləsində anadan olub. O, ilk təhsilini Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə alıb. Uşaqlıq yaşlarından etibarən onun poeziyaya, musiqiyə, xüsusən də muğama çox böyük həvəsi olub. Atası Yəhya kişi muğam, qəzəl dinləməyi çox sevdiyindən balaca Zeynəb də tez-tez Cabbar Qaryadoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Həqiqət Rzayevanın musiqilərini sevə-sevə dinləyər, özü də zümzümə edərdi. Zeynəbin ifalarınıdinləyən hamı onun həzin, lirik səsinə valeh olur və gələcəkdə bu qızın zirvələr fəth edəcəyini hiss edirdilər. 

Musiqiyə bağlı olan və bənzərsiz səsə malik balaca Zeynəb XanlarovaBakıda bədii özfəaliyyət dərnəyinə üzv yazıldı və “Cücələrim” mahnısını ilk dəfə xorla oxuması onun həyatında unudulmaz anlardan birinə çevrildi.

Zeynəb xanım daha sonra M.Ə.Sabir adına Bakı pedoqoji məktəbinə daxil oldu və yenə öz çalışqanlığı ilə seçilərək məktəbin bədii özfəaliyyət kollektivinin fəal iştirakçısı oldu. 1950-ci illərdə münsiflər heyətinin üzvləri - Cahangir Cahangirov, Qəmbər Hüseynli, Əfrasiyab Bədəlbəylinin olduğu Dövlət Filarmoniyasında baş tutan konsertdə o, “Azərbaycan maralı”mahnısı ilə çıxış etdi və birincilik qazandı. Əfrasiyab Bədəlbəylinin təkidi ilə səsi, ifası bəyənilən Zeynəb xanım Asəf Zeynallı adına Bakı Orta ixtisas Musiqi məktəbinin tələbəsi oldu. Böyük milli vokal ustadı, dahi xanəndə Seyid Şuşinskinin sinfində dərs aldı və bütün müəllimlərinin sevimli tələbələrindən birinə çevrildi. Zeynəb Xanlarova muğam sənətinin dərinliyinə, incəliyinə baş vuraraq zəngin bilik əldə etdi. Tələbələr içərisində ifa tərzi, səs tembri ( milli vokalda-soprano olaraq qeyd edilir) ilə seçildi. O, IV kursda təhsil alarkən geniş səs diapazonu, məharət tələb edən, kişi xanəndələrin oxuduğu qəliz muğamlardan biri olan “Çahargah”dəstgahını öyrənərək lentə yazdırıb. Buna görə də Azərbaycan Muğam tarixində bir ilkə imza ataraq “Çahargah” muğamını dəstgah halında ifa edən ilk qadın xanəndə məhz Zeynəb Xanlarova olub.Zeynəb xanımın səs tembrinin soprano (milli vokalda) olmasına baxmayaraq hər şöbə yeni emosional vəziyyət alıb. Bəzən incə, bəzən isə onun qalın və dramatikliyi xüsusi boğazlar, zəngulələr ilə birləşərək dəstgaha əlvanlıq qatmışdır. Əslində burada xanəndənin ustadı Seyid Şuşinskidən bəhrələndiyi görülsə də, özünə xass bir ifa yaratdığının da şahidi oluruq. Onun bu ifası dövrün məşhur müğənniləri, dahi şəxsiyyətləri tərəfindən çox yüksək qiymətləndirilib.

Elə həmin il Zeynəb xanım görkəmli rejissor Şəmsi və Əfrasiyab Bədəlbəylinin, drijor Niyazinin, tarzən Bəhram Mansurovun və xanəndə Seyid Şuşinskinin təqdiri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındaki yaradıcılığına qədəm qoyub. Birbaşa olaraq “Leyli”, ardından“Şahsənəm”, “Əsli” rollarını məharətlə canlandırıb. Onun tərəf müqabillərindən görkəmli xanəndələr Arif Babayev, Canəli Əkbərov, Qulu Əsgərov, Əbülfət Əliyevin adlarını çəkmək olar.Zeynəb Xanlarova opera tariximizdə xüsusi “Leyli” obrazı yaradıb və uzun illər operamızın solisti olub. Onun “Leylisi”nin xarakteri poema ilə tam uyğunlaşıb və xanəndə ifa edərkən təkcə rolu oxumayıb, o həm də Leylinin əslini yaradıb.

Bu hadisələrdən sonra adı dillərdə dolaşan gənc xanəndə Zeynəb Xanlarovanın səsi o dövrdə prakror olan Ələkbər Tağıyevində qulağına çatıb. Zeynəb xanımın səsini, ifasını bəyənən bəstəkar onunla əməkdaşlıq etməyə başlayıb. Müğənninin ifasında ilk olaraq “Qonşu qız” mahnısı lentə yazılıb. Ələkbər Tağıyevin bəstələdiyi silsilə mahnıların(“Qal sənə qurban”,”Şikayətim var”, “Arzu qızım”, “Azərbaycanım mənim”, “Sənin üçün”, “Sən gəlməz oldun”, “Həsrətindəyəm”, “Səni anaram”, “Leylam”, “İstəyirəm görəm səni”, “Sən-sən” və s.) əksəriyyətinin ilk və mahir ifaçısı məhz Zeynəb Xanlarova olub.

Ələkbər Tağıyevdən sonra böyük bəstəkar Emin Sabitoğlu Zeynəb Xanlarova üçün silsilə mahnılar bəstələmiş və uzun müddət onunla əməkdaşlıq edib. Hətta sənətkarın Emin Sabitoğlunun mahnılarından ibarət melodiya firması tərəfindən xüsusi valı da buraxılıb. SSRİ məkanında ən çox valı satılan Azərbaycanlı müğənni olan Zeynəb Xanlarova Melodiya firmasının “Qızıl val” mükafatı ilə təltif olunub. Ümumiyyətlə, Zeynəb Xanlarovanın ifasında muğamlar ( Şahnaz, Qatar, Çahargah, Humayun və s.), təsniflər ( Çahargah,Mahur-hindi,Şur,Bayatı-şiraz,Dilkeş və s.), bəstəkar mahnıları ( Ələkbər Tağıyev, Emin Sabitoğlu, Qara Qarayev,Tofiq Quliyev, Cahangir Cahangirov, Şəfiqə Axundova, Oqtay Kazımı, Ramiz Mirişli, Tahir Əkbər, Rauf Məmmədov ...)müğənninin öz bəstələdiyi mahnılar( “Gecələr yuxusuz qoymusan məni”, “Bəxtiyaram mən”, “Necə səni anmayım”, “Neylərsən”, “Mənimtək sevənin olmayacaqdır”, “Xatirələrdən başqa”, “Gecələr,ay gecələr”, “Hər an məni anacaqsan”, “Unuda bilmirəm”...) və digər xalqların mahnıları( Türk, fars, yapon, yunan, rus, bolqar, ərəb, əfqan, gürcü, erməni, özbək, əlcəzair, maldova və s. ) yer tutur. Zeynəb Xanlarovanın repertuarındakı ifaların böyük qismi Azərbaycan Televiziyasının “Qızıl fond”unda saxlanılır və qorunur. Zeynəb Xanlarova həmdə Azərbaycan səhnəsinə hərəkət, canlılıq gətirən və SSRİ-nin senzurasından qorxmadan türk dilində mahnılar oxuyan , hətta onları lentə aldıraraq repertuarında geniş yer verən ilk və yeganə müğənni olub. O,repertuarında Həbibinin, Füzulinin,Nəsiminin, Vahidin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Bəxtiyar Vahabzadənin poeziyasına hər zaman diqqət göstərib və həmin ədəbi nümunələrə müraciət edib.

Onu da qeyd edək ki, müasir dövrümüzdə də sevə-sevə dinlənilən, gənc müğənnilərin repertuarını bəzəyən “Əsən yellər”, “Nə qaldı”, “Niyə yox deyirsən”, “ Ay bəri bax”, “Yaman könlümə düşmüsən”, “Sən Bağışladın”, “De görüm vəfasız ,sənsən yoxsa mən”, ‘Dərdin alım”, “Mən bülbüləm”, “Sevənlərə nəğmə deyək” , “İncitmə məni”, “Gəl al qadamı”, “Durna qatarı”, “Külək” ,”Yaşa mənim xalqım”, “Dünyanın xoşbəxti mənəm dünyada” kimi mahnıların da ilk ifaçısı məhz Zeynəb Xanlarovadır.

Zeynəb Xanlarova yeganə qadın müğənnimizdir ki, dünyanın üç qitəsində Azərbaycan musiqisini layiqincə təmsil edərək konsertlər vermişdir. Hətta BMT-nin konfrans zalında diplomatların qarşısında çıxış edib. O, Türkiyədə (1969) və Yaponiyada(SSRİ üzrə) konsert verən ilk Azərbaycanlı müğənnidir. Zeynəb Xanlarova Türkiyədə verdiyi böyük silsilə konsertlərdən və orada buraxdırdığı xüsusi valdan sonra prezident Cevdet Sunay tərəfindən qızıl kəmərlə mükafatlandırılıb və “İlin sənətçisi” mükafatına layiq görülüb.SSRİ məkanında məşhurlaşan, sevilən Zeynəb Xanlarova Avropada, Amerikada, Avstraliyada da eyni hərarət və coşquyla qarşılanıb. O, saatlarla canlı ifası və səsi ilə hər kəsin qəlbində özünə taxt qurub.Yəməndə əlli dərəcə istidə , Əfqanıstanda müharibə şəraitində konsert verməsi ( buna görə əfqan prezidenti tərəfindən mükafatlandırılıb.) getdiyi ölkələrdə hörmət və sevgi əlaməti olaraq o dildə mahnı oxuması , dövlət televiziyasında yeni ili onunqarşılaması maraqlı nüanslardan biridir. 

Zeynəb Xanlarova 1990-cı il 20 Yanvar faciəsinə görə Almaniyadakı konsertini ləğv etdirib bir il yas tutub vəxalqı ilə həmdərd olub.Şəhidlərin dəfn mərasimində iştirak edən sənətkar, faciə qurbanları üçün Bəxtiyar Vahabzadənin sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Şəhidlər” ağısını oxuyub. Hətta o dövrdə 20 yanvar faciəsi ilə bağlı keçirilən Ali Sovetin təciliiclası da SSRİ rəhbərliyinə qarşı mövqedə dayanan, mərd Zeynəb Xanlarovanın kamerası ilə lentə alınıb və məşhur SSRİ xalq artisti m“ Qarbaçova ölüm, ölüm !” deyərək öz qəti mövqeyini bildirib. Bu hadisədən sonra Zeynəb xanıma verilməsi nəzərdə tutulan“Sovet Sosialist Əmək qəhramanı” fəxri adı Qarbaçov tərəfindən ona verilməyib.

Uşaqlıq yaşlarından etibarən musiqi sənətində olan, heç bir təltifə ehtiyacı olmayan,“Zeynəb Xanlarova” adının özü fəxri ad olan, ehtişamlı sənətkarımız Azərbaycan SSRİ-nin, Özbəkistan SSRİ-nin, o cümlədən SSRİ-nin (on beş dövlətin) xalq artisti,“Şöhrət”,“İstiqlal”,“Xalqlar Dostluğu”,“Heydər Əliyev” ordenlərinin və onlarla mükafatın sahibidir. Müxtəlif ölkə başçıları ( Əfqanıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və s.) tərəfindən xüsusi mükafatlara layiq görülüb.Zeynəb Xanlarova ifa texnikası, özünə məxsus boğazları, səs tembri(soprano) və fəaliyyəti ilə özündən sonra məktəb yaratmış bir sənətkardır.Azərbaycan musiqisində çoxlarının arzusunda olduğu Zeynəb Xanlarova zirvəsi mədəniyyətimizin ən qiymətli incilərindən biridir. Bənzərsiz səsi ilə xalqın qəlbində özünə əbədi taxt quran sənətkarımız milli musiqimizincanlı salnaməsi və sütunudur.

Nəcəf Nəcəfov,

 Bakı Slavyan Universitetinin Jurnalistika ixtisasının tələbəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyun 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri