Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,97 ABŞ dolları və ya 1,3% azalaraq 74,43 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,40 dollar təşkil edib.

