Azərbaycan neftinin qiyməti apreldən bəri ilk dəfə 73 dolları ötüb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib. Yerli neftin qiyməti aprel ayından bəri ilk dəfə 73 dolları ötüb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1,28 ABŞ dolları və ya 1,77% artaraq 73,45 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 72,17 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Yerli neft aprel ayının 4-dən bəri ilk dəfə bu həftə 70 dollardan baha ticarət olunmağa başlayıb.
Baxış sayı:120
Bu xəbər 13 İyun 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















