Icma.az
close
up
RU
Azərbaycan neokolonializmlə mübarizə aparan xalqları dəstəkləyir

Azərbaycan neokolonializmlə mübarizə aparan xalqları dəstəkləyir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupu bu istiqamətdə fəaliyyət coğrafiyasını genişləndirir

Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.

Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə, eləcə də xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı iyirmidən çox beynəlxalq konfrans təşkil edib. Yeri gəlmişkən, dekabrın 2-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası öz işinə başlayıb. Bu tədbir Afrika əsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində mühüm beynəlxalq platformalardan biri kimi tanınır. Tədbirdə məqsəd əsasən Afrika əslli xalqların müstəmləkəçilik siyasətindən gördüyü zərərlər ətrafında fikir mübadiləsi aparmaqdır. Müstəmləkəçiliklə mübarizədə fəal beynəlxalq QHT olaraq Bakı Təşəbbüs Qrupu  da tədbirə dəvət alıb.

Konfransda çıxış edən təşkilatın icraçı direktoru Abbas Abbasov qrupun fəaliyyət coğrafiyasının genişlənməsi ilə bağlı məlumat verib və müstəmləkə regionlarındakı cari vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmin regionlarda Afrika əslli xalqların da yaşadığını qeyd edən BTQ-nin icraçı direktoru təşkilat olaraq onların apardığı müstəqillik mübarizələrinə beynəlxalq hüquq çərçivəsində dəstək verməyə və aidiyyəti beynəlxalq təşkilatlara çağırış etməyə davam edəcəklərini bəyan edib. Abbas Abbasov BTQ-yə, onun üzvlərinə, müstəmləkələrdə yaşayan və müstəqillik tərəfdarları olan şəxslərə müəyyən təzyiqlərin olduğunu da qeyd edib. “Bu əslində təbiidir, çünki indiyə kimi, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qədər dünya ictimaiyyəti bu müstəmləkələrin mövcudluğundan xəbərsiz idilər və bu regionlarda həyata keçirilən çirkin müstəmləkəçilik fəaliyyətləri haqqında geniş məlumat əldə edə bilmirdilər. Qrupun BMT-də keçirdiyi beynəlxalq konfranslardan, aidiyyəti qurumlara müvafiq hesabatlar təqdim etməsindən sonra bu cür informasiyalar daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”,- deyə icraçı direktor əlavə edib.

Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası dekabrın 6-dək davam edəcək.

BTQ sessiyada iştirak etməklə yanaşı, öz fəaliyyətlərini, əldə etdiyi nailiyyətlər və qarşıdakı prioritetlərini təqdim edir. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyətini davam etdirir.

Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu ölkəmizdə keçirilən COP29 çərçivəsində də bir sıra tədbirlər təşkil edib. Məsələn, BTQ SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatla birgə COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib. Tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub. “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” mövzusunda da təşkil olunan tədbir də bu baxımdan önəmlidir.

Onu da qeyd edək ki, Bakı Təşəbbüs Qrupu COP29 çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilən konfrans da keçirib. “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbirdə vaxtı ilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.

Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib. Tədbirdə iştirak edən afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, həmin dövlətlərin müstəmləkəçi siyasətini davam etdirməsindən danışıblar və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd etmələrini pisləyiblər. Xüsusilə də, Fransa dövlətinin müstəmləkə siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduğunu vurğulayıblar. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübut olunmalı olduğunu vurğulayan natiqlər dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Tədbirdə hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizə edilməsinin vacibliyi bildirilib. Natiqlər, həmçinin, müstəmləkəçiliyin Afrikada dərin iz buraxdığını, onun təsirlərinin bu gün də hiss olunduğundan söz açıblar.

Bütövlükdə, BTQ-nin belə təşəbbüslərdə iştirakı Azərbaycanın beynəlxalq səviyyədə dekolonizasiya proseslərindəki liderlik rolunu nümayiş etdirir. Bu, həm də ölkəmizin müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının bərpasına verdiyi töhfələrin göstəricisidir. Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Bakı Təşəbbüs Qrupunun bu sahədəki fəaliyyəti, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq və hüquq mübarizəsinə dəstək məqsədilə aparılan qlobal səylərin mərkəzində yer alır.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri