Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Azərbaycan sivilizasiyalararası dialoqu dəstəkləyir...

Azərbaycan sivilizasiyalararası dialoqu dəstəkləyir...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı qlobal sabitliyi, təhlükəsizliyi və əməkdaşlığı təbliğ edir

Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verir. Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dair əsaslı layihələr irəli sürür. Paralel olaraq Bakı qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın bu mövqeyi isə bütün dünyada yüksək səviyyədə qiymətləndirilir.

Azərbaycan da daxil olmaqla 83 dövlət...

Çinin Azərbaycandakı səfirliyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün birinci dəfə qeyd edilməsinə həsr olunmuş tematik tədbir keçirilib. Tədbirdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van Yinin videomüraciəti yayımlanıb. Çinli nazir iyunun 10-da ilk dəfə BMT tərəfindən təsis edilmiş Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününü dünyanın hər yerindən gələn dostlarla qeyd etməkdən məmnunluq duyduğunu söyləyib. O, qeyd edib: “Müasir dünyada 200-dən çox ölkə və region, 2500-dən çox millət var. İstehsalat və həyat prosesində xalqlar canlı və bənzərsiz sivilizasiyalar yaradıblar. Onlar paralel olaraq inkişaf edərək bir-birini bəzəyərək “qlobal kəndimizi” rəngarəng, dinamik və canlılıqla dolu, bütün bəşəriyyəti isə yüz il ərzində gözlənilməz dəyişikliklərin ayrılmaz birliyinə çevirir. Sivilizasiyanın dəyəri həmişəkindən daha aktualdır, onların qarşılıqlı əlaqəsi xüsusi əhəmiyyət kəsb edir və onlar arasında dialoq vaxtı çatmış və zəruridir. Ötən il bütün üzv dövlətlərin yekdil dəstəyi ilə BMT Baş Assambleyasının 78-ci sessiyasında Çin və digər ölkələr də daxil olmaqla, 83 ölkənin təklif etdiyi və hər il iyunun 10-da qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsi barədə qətnamə qəbul edilib”. Çinli nazir vurğulayıb ki, sivilizasiyalararası dialoq sülh körpüsüdür”.

Nazir bildirib ki, sivilizasiyalararası dialoq dostluq körpüsüdür. Tarix aydın şəkildə göstərir: açıqlıq qarşılıqlı anlaşmaya kömək edir, mübadilə isə etimadı dərinləşdirir. Sivilizasiyalararası dialoq fərqlilikləri aradan qaldırmağa, ümumi dil tapmağa və xalqları bir-birinə yaxınlaşdırmağa kömək edir, harmonik birgə yaşayışı təşviq edir”.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Çin 10 iyun Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsi haqqında qətnamənin qəbul edilməsində Azərbaycan da daxil olmaqla 83 ölkənin dəstəyindən məmnundur. Diplomatın sözlərinə görə, bu təşəbbüs ötən il Çin Xalq Respublikası tərəfindən BMT Baş Assambleyasının 78-ci sessiyasında irəli sürülüb və beynəlxalq ictimaiyyətin geniş dəstəyini qazanıb. “Sevindirici haldır ki, Azərbaycan da daxil olmaqla 83 dövlət qətnaməni imzalayıb. Sivilizasiyalararası qarşılıqlı əlaqələrin gücləndirilməsi qlobal çağırışların aradan qaldırılmasına kömək edir və daha harmonik dünyanın qurulmasında əsas rol oynayır”, - Lu Mey vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Çinin müxtəlif dövlət orqanları və regionları hazırda iki ölkənin liderlərinin - Prezident İlham Əliyev və Çin Sədri Si Cinpinin razılaşmalarının həyata keçirilməsi ilə məşğuldurlar.

Bakı-Pekin münasibətlərində humanitar prioritetlər...

Ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsi, multikulturalizm və tolerantlıq nümunəsi kimi çıxış etməsi, sivilizasiyalararası dialoqa qazandırdığı töhfələr dünyanın diqqətini cəlb etməkdədir - dost Çin dövləti ilə çoxşaxəli əlaqələrdə bu nüans əhəmiyyətli yer tutur. İki ölkə arasındakı münasibətlərin inkişafında xüsusi yer tutan birgə strateji bəyanatlar, əməkdaşlıq sənədləri bu birliyi daha da möhkəmləndirir - strateji tərəfdaşlığın qurulması haqqında sənədlərə məhz bu müstəvidən yanaşmaq daha doğru olardı: müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırki dövrün siyasi-iqtisadi, humanitar aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyir.

Bu ilin aprelində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda da əks olunduğu kimi, hər iki dövlət müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Eyni zamanda, hər iki dövlət mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəklədiklərini təsdiqləyiblər. Hər iki dövlət bəyan edib ki, Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq Çin assosiasiyaları və institutları ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirlər.

Birgə səylərə hazırıq...

Azərbaycan dövləti sivilizasiyalararası dialoqun inkişafında hər zaman əhəmiyyətli rol oynayır. Xalqlar, mədəniyyyətlər və sivilizasiyalararası inteqrasiyanın inkişafında maraqlı olan Bakı dünyada kataklizmlərin artmasından, mədəniyyətlər və dinlər arası toqquşmaların güclənməsindən, ksenofobiya hallarının daha da güclənməsindən narahat olduğunu bəyan edir. Dəfələrlə Azərbaycan paytaxtından qlobal sülh çağırışları səsləndirilib - ölkəmizin sülhün və sabitliyin bərəqarar olması üçün atdığın addımlar bunu bir daha ortaya qoyur. Yeri gəlmişkən, aprelin 23-də Çinlə imzalanan hərtərəfli strateji tərəfdaşlıqla bağlı sənəddə də bildirilir ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir. Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see681

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see483

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see275

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see274

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see260

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see256

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see248

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see245

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see245

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see244

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see238

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see227

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see223

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see222

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see221

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see219

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see218

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see208

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see207

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri