Icma.az
close
up
RU
Azərbaycan nevroloqlarının VIII konfransı öz işinə başlayıb AZƏRTAC

Azərbaycan nevroloqlarının VIII konfransı öz işinə başlayıb AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində Azərbaycan nevroloqlarının VIII konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Milli Nevroloqlar Assosiasiyasının prezidenti professor Rəna Şirəliyeva elmi konfransların keçirilməsinin artıq ənənəyə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, beynəlxalq tədbirlər Azərbaycan alimlərinin inkişafı üçün çox faydalıdır: “Belə konfranslar həkimlərin nəzəri və praktik biliklərinin artırmağa, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir. Konfrans çərçivəsində təlim kurslarının da keçirilməsi nəzərdə tutulub”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov həkimlərin beynəlxalq təcrübəyə yiyələnməsinin, özlərini inkişaf etdirməsinin, tibbin bütün sahələri üçün yeni üsulları mənimsəməsinin vacib olduğunu bildirib: “Konfransda iştirak edən nevroloqlar öz sahələrindəki problemlər, yeni diaqnoz, müalicə metodları ilə bağlı fikir mübadiləsi apara bilər. Nevrologiyanın müalicəsində yeni yanaşmaların nəzərə alınması olduqca önəmli addımdır”.

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov nevrologiya sahəsində son illər ərzində inqilabi inkişaf getdiyini deyib: “Bu sahədə yeni müasir üsullar tətbiq edilməyə başlanıb. Düşünürəm ki, tədbirin əsas hədəfi bilik mübadiləsinin aparılmasıdır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Nelli Veysova konfransın həkimlərin beynəlxalq təcrübəyə yiyələnməsi üçün böyük platforma olduğunu qeyd edib: “Bütün ölkə ərazisində tətbiq olunan icbari tibbi sığortanın xidmətlər zərfinə 3 min 300-dən artıq tibbi xidmət daxildir. Həmçinin nevrologiya problemi ilə bağlı bir sıra xəstəliklərə xidmətlər zərfində geniş yer verilib”.

Daha sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov və Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli ölkəmizdə nevrologiya sahəsinin inkişaf tarixindən danışıb, konfransın işinə uğurlar arzu ediblər.

Beş gün davam edəcək Azərbaycan nevroloqlarının VIII konfransında Almaniya, Danimarka, Türkiyə, Gürcüstan, İsrail, Qırğızıstan və digər ölkələrdən mütəxəssis-həkimlər iştirak edirlər.

Elmi hissə ildə davam edən konfransda “Dağınıq skleroz zamanı D vitaminin rolu”, “Proqressiv dağınıq skleroz”, “Miqrenin profilaktik müalicəsi”, “İnsultdan sonrakı demensiya” və digər mövzular müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri