Icma.az
close
up
RU
Tehranda “Çörək ardınca köç“ kitabının müəllifi olan azərbaycanlı həbs edildi...

Tehranda “Çörək ardınca köç“ kitabının müəllifi olan azərbaycanlı həbs edildi...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Güney azərbaycanlı iqtisadçı Məhəmməd Malcu İranda bir il həbs cəzasına məhkum edilib

Tehranda yaşayan iqtisadçı və tədqiqatçı Məhəmməd Malcu bir il müddətinə azadlıqdan məhrum edilib.

Moderator.az xəbər verir ki, bu barədə İranın insan hüquqları üzrə fəaliyyət göstərən "HRANA" agentliyi, "IranWire", "Radio Farda", "Radio Zamaneh" və "Azad İran"  nəşrləri məlumat yayıb.

Məhəmməd Malcu noyabrın 22-də şəxsi teleqgram-kanalında dərc etdiyi açıqlamada bir il müddətinə həbs cəzasına məhkum edildiyini bildirib.

Tədqiqatçının sözlərinə görə, onun işi üzrə məhkəmə iclasları 2026-cı ilin iyul ayının əvvəllərində və oktyabrın ortalarında keçirilib. Malcu hər iki iclasda çıxış etmək və özünü müdafiə etmək imkanından məhrum edildiyini iddia edib.

O bildirib ki, hökmün çıxarılmasına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının əməkdaşları tərəfindən hazırlanmış hesabat əsas olub.

Malcunun açıqlamasına görə, həmin hesabatda onun şəxsi və peşəkar fəaliyyəti ilə bağlı müxtəlif iddialar yer alıb. Bunların arasında şəxsi telegram-kanalında guya hökuməti devirməyə yönəlmiş məzmunun yayılması və Niderlandda fəaliyyət göstərən Beynəlxalq Sosial Tarix İnstitutu ilə əməkdaşlıq da var.

Tədqiqatçı bu iddiaları rədd edib. O, xüsusilə qeyd edib ki, təhlükəsizlik qurumunun hesabatında Beynəlxalq Sosial Tarix İnstitutu yanlış olaraq «Niderland Kral Tarix İnstitutu» kimi təqdim edilib.

Malcu həmçinin ona qarşı irəli sürülən digər iddiaların da həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən üç dəfə qanuni əsas olmadan dindirilməyə çağırılıb. Tədqiqatçı bu çağırışlara cavab verməkdən imtina etdiyini və yalnız qanuni qaydada fəaliyyət göstərən məhkəmə orqanları qarşısında ifadə verməyə hazır olduğunu açıqlayıb.

"HRANA"-nın məlumatına görə, 2025-ci ilin noyabrında təhlükəsizlik əməkdaşları Malcunun Tehrandakı evində təxminən üç saat davam edən axtarış aparıb, daha sonra o, SEPAH-ın Kəşfiyyat Təşkilatında üç dəfə dindirilib.

Qeyd edək ki, Məhəmməd Malcu 1946-cı ildə Azərbaycan Milli Hökumətinin devrilməsindən sonra Güney Azərbaycanda baş verən hadisələrə və azərbaycanlıların repressiyalara məruz qalmasına həsr olunmuş "Çörək ardınca köç" kitabının müəllifi kimi də tanınır.

Xatırladaq ki, Malcuya qarşı irəli sürülən ittihamları qəbul etmədiyi barədə məlumatlar onun öz açıqlamasına əsaslanır. Hökmü çıxaran məhkəmə instansiyası və qərarda göstərilən dəqiq hüquqi ittihamın detalları isə hələlik açıqlanmayıb.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2026 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri