Icma.az
close
up
RU
Azərbaycan növbəti ev sahibi olaraq “Ümumdünya Ətraf Mühit Günü”nün estafetini qəbul edib

Azərbaycan növbəti ev sahibi olaraq “Ümumdünya Ətraf Mühit Günü”nün estafetini qəbul edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də “Ümumdünya Ətraf Mühit Günü” Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə “Plastik çirklənməyə son” mövzusuna həsr olunaraq, plastik tullantıların azaldılması və dövri iqtisadiyyata keçid istiqamətində birgə fəaliyyətləri təşviq edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreya Respublikasındakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Umayra Tağıyeva tərəfindən tədbirin açılış mərasimində, eləcə də “Dövri iqtisadiyyata doğru fəaliyyət üçün Yüksək Səviyyəli Nazirlər Dəyirmi Masası”nda çıxışlar edilib. Çıxışlar zamanı Azərbaycanın müvafiq sahədə müsbət təcrübələri barədə məlumat verilib, ölkəmizin sədrliyi ilə ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə edilmiş tarixi nailiyyətlərə vurğu edilib. Nümayəndə heyəti tərəfindən habelə, bir sıra ikitərəfli görüşlər keçirilib, beynəlxalq təşkilatlar, biznes dairələri, inkişaf bankları və vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı sessiyalar və tematik sərgilərdə iştirak edilib, qlobal ekoloji çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2026-cı ildə “Ümumdünya Ətraf Mühit Günü”nə Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişmələri mövzusuna həsr olunacaq. Bu mühüm hadisə Azərbaycanın ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, ötən il keçirilmiş COP29-un nəticələrinin təşviq olunmasına və gələn il Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə sinerji yaradılmasına xidmət edəcək.

Koreyada keçirilən tədbirdə estafet 2026-cı il “Ümumdünya Ətraf Mühit Günü” tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə start verilib.

Xatırladaq ki, “Ümumdünya Ətraf Mühit Günü” 1972-ci ildə Stokholmda keçirilən BMT konfransında təsis olunub və dünyanın ən genişmiqyaslı ətraf mühit kampaniyasıdır. İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan bu gün artıq 150-dən çox ölkədə milyonlarla insanı birləşdirən qlobal platformaya çevrilib. Bu platforma vasitəsilə fərdlər, hökumətlər, bizneslər və təşkilatlar ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərini geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, hava və su ehtiyatlarının mühafizəsi kimi məsələlərə diqqəti artırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri