Icma.az
close
up
RU
Azərbaycan “Ümumdünya Ətraf Mühit Günü” tədbirinə ev sahibliyi edəcək

Azərbaycan “Ümumdünya Ətraf Mühit Günü” tədbirinə ev sahibliyi edəcək

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 5-də “Ümumdünya Ətraf Mühit Günü” Koreyanın ev sahibliyi ilə Jeju adasında keçirilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə “Plastik çirklənməyə son” mövzusuna həsr olunaraq, plastik tullantıların azaldılması və dövri iqtisadiyyata keçid istiqamətində birgə fəaliyyətləri təşviq edib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizi tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreyadakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Umayra Tağıyeva tərəfindən tədbirin açılış mərasimində, eləcə də “Dövri iqtisadiyyata doğru fəaliyyət üçün Yüksək Səviyyəli Nazirlər Dəyirmi Masası”nda çıxışlar edilib.

Çıxışlar zamanı Azərbaycanın müvafiq sahədə müsbət təcrübələri barədə məlumat verilib, ölkəmizin sədrliyi ilə ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə edilmiş tarixi nailiyyətlərə vurğu edilib. Nümayəndə heyəti tərəfindən habelə, bir sıra ikitərəfli görüşlər keçirilib, beynəlxalq təşkilatlar, biznes dairələri, inkişaf bankları və vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı sessiyalar və tematik sərgilərdə iştirak edilib, qlobal ekoloji çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2026-cı ildə “Ümumdünya Ətraf Mühit Günü”nə Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişmələri mövzusuna həsr olunacaq. Bu mühüm hadisə Azərbaycanın ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, ötən il keçirilmiş COP29-un nəticələrinin təşviq olunmasına və gələn il Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə sinerji yaradılmasına xidmət edəcək.

Koreyada keçirilən tədbirdə estafet 2026-cı il “Ümumdünya Ətraf Mühit Günü” tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə start verilib.

Xatırladaq ki, “Ümumdünya Ətraf Mühit Günü” 1972-ci ildə Stokholmda keçirilən BMT konfransında təsis olunub və dünyanın ən genişmiqyaslı ətraf mühit kampaniyasıdır. İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan bu gün artıq 150-dən çox ölkədə milyonlarla insanı birləşdirən qlobal platformaya çevrilib. Bu platforma vasitəsilə fərdlər, hökumətlər, bizneslər və təşkilatlar ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərini geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, hava və su ehtiyatlarının mühafizəsi kimi məsələlərə diqqəti artırırlar.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri