Icma.az
close
up
RU
Azərbaycan növbəti il İƏTin Zirvə görüşünə ev sahibliyi edə bilər

Azərbaycan növbəti il İƏTin Zirvə görüşünə ev sahibliyi edə bilər

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında ölkəmizin  bu niyyətini açıqlayıb

Azərbaycanın xarici siyasətində  beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu təşkilatlar arasında İqtisadi Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır.

İranın Məşhəd şəhərində...

Qeyd edək ki, dekabrın 3-də İranın Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə,  Ceyhun Bayramov iclasdakı çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və s. istiqamətlər üzrə əməkdaşlıq imkanlarından istifadə ilə bağlı ölkəmizin baxışından bəhs edib. Nazirlər Şurasının 28-ci iclasının İƏT-in 2023-cü il oktyabrın 10-da Şuşa şəhərində keçirilən görüşündən bəri təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

Eləcə də, 2024-cü ildə təşkilata sədrliyinə, habelə Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İran İslam Respublikasına təşəkkür edilib, təşkilata növbəti il sədrlik edəcək Qazaxıstan Respublikasına uğurlar arzulanıb. C.Bayramov növbəti il ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etmək niyyətində olduğunu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyini diqqətə çatdırıb. Üzv dövlətlər arasında mövcud iqtisadi potensiala əsaslanan, bu istiqamətdə regional çağırışlarla mübarizədə hədəfləri təsbit edən və dayanıqlı inkişaf gündəliyi ilə uyğunluq təşkil edən “İƏT-ə Baxış 2025” strategiya sənədinin əhəmiyyəti vurğulanıb.

Nazir, həmçinin İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin vacibliyini qeyd edib. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu bildirilib.

İƏT ölkələrinin bir çoxunun dənizə çıxışı olmadığını nəzərə alaraq, C.Bayramov  xüsusilə, Şimal-Cənub Dəhlizi, Şərq-Qərb Transxəzər Orta Dəhliz, Rəqəmsal İpək Yolu, Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsini, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.

İclasda “Məşhəd Kommünikesi” qəbul edilib

Ötən ay ölkəmizin ev sahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəki nailiyyətlərdən ətraflı bəhs edən nazir Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə edilmiş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu bildirib. Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən C.Bayramov bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.

İclasın sonunda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.

Şuşa şəhəri 2026-cı ildə təşkilatın turizm paytaxtı olacaq

Xatırladaq ki, Azərbaycan İƏT-ə 1992-ci ildə üzv qəbul edilib. Təşkilata üzv olduqdan sonra Azərbaycan dövlət və hökumət başçısı səviyyəsində İƏT-in sammitində təmsil olunub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib.

İƏT ölkələri dinamik inkişaf edən Azərbaycana daim önəm verib. Ötən  il Azərbaycanın təşkilata sədrlik etməsi də bu etimadın göstəricisidir. Keçən il oktyabrın 10-da təşkilatın sədri olaraq Azərbaycan İƏT-in Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasına evsahibliyi edib. Toplantı Qarabağın incisi Şuşa şəhərində keçirilməsi ilə əlamətdar oldu. Həmin il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri təşkilatın 2026-cı il üçün turizm paytaxtı seçilib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.

 Bütövlükdə, Azərbaycan İƏT-in üzvü kimi təşkilatın işində fəal iştirakı önəmlidir. Bu fakt ölkəmizin yaxın regionlarda həyata keçirilən proseslərdə fəal iştirakının göstəricisidir.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri