Icma.az
close
up
RU
Sürücülük hüququndan məhrumetmənin bərpası yalnız o halda mümkün olmalıdır ki... TƏKLİF

Sürücülük hüququndan məhrumetmənin bərpası yalnız o halda mümkün olmalıdır ki... TƏKLİF

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Narkotik və psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsi idarə etmək yalnız qanun pozuntusu deyil, eyni zamanda ictimai təhlükəsizliyə ciddi təhdiddir. Belə sürücülərin davranışı, onların reaksiya sürəti və qərar qəbuletmə qabiliyyəti normadan kənar olur, bu isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır. Statistik məlumatlar göstərir ki, narkotik və psixotrop maddələrdən istifadə edən şəxslər tərəfindən törədilən yol qəzaları daha çox ağır fəsadlarla nəticələnir və bu qəzalar təkcə sürücülərin deyil, yolun digər iştirakçılarının da həyatını təhlükəyə atır.
Məsələ həm də sosial və sağlamlıq aspektindən əhəmiyyətlidir. Narkotik maddələrdən istifadənin geniş yayılması gənc nəsillərin sağlamlığını, onların sosial inteqrasiyasını və gələcək həyat perspektivlərini ciddi şəkildə təhdid edir. Eyni zamanda, bu problem hüquqi və inzibati çərçivədə də ciddi çağırışlar yaradır: cəmiyyətin qorunması, hüquq-mühafizə orqanlarının effektivliyi və qanunvericilik mexanizmlərinin gücləndirilməsi zərurəti ortaya çıxır.
Bu səbəbdən, mövzu təkcə inzibati tədbirlərlə məhdudlaşmamalıdır. Eyni zamanda, profilaktik tədbirlər, maarifləndirmə kampaniyaları və mütəxəssislərin iştirakı ilə sistemli yanaşma tətbiq edilməlidir. Narkotik və psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsi idarə etmə məsələsi həm hüquqi, həm sosial, həm də tibbi aspektdən kompleks şəkildə qiymətləndirilməli və həll yolları elmi əsaslarla müəyyən edilməlidir.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı öz fikirlərini bölüşüb: "Narkotik və psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsi idarə etmək inzibati məsuliyyət yaradır. Son dövrlərdə Yol Polisi tərəfindən görülən ciddi tədbirlər nəticəsində bir sıra faktlar aşkarlanıb ki, bu da həmin sahədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Gənclər və orta yaşlı şəxslər bu zəhərin təsirinə düşərək aludəçi olublar və mütəmadi olaraq istifadəyə müraciət edirlər. Bəziləri bu maddələri həm satış məqsədilə üzərlərində gəzdirir, həm də birbaşa istifadə edirlər.   Qanun deyir ki, narkotik və psixotrop maddələrin, eləcə də spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə etmək olmaz. Əvvəllər belə hallara yol verən şəxslər sərxoş sürücülərlə eyni məsuliyyət daşıyırdı. Lakin sonradan qanunvericilikdə dəyişikliklər edildi və narkotik təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslər üçün ayrıca məsuliyyət müəyyən olundu. Hazırda bu hallar üçün 600 manat cərimə və sürücülük hüququndan məhrumetmə tədbiri nəzərdə tutulur. Təkrar baş verdikdə isə inzibati həbs və sürücülük hüququndan məhrumetmə tətbiq olunur. Hesab edirəm ki, bu məsələdə ağırlıq və yüngüllük dərəcələrini fərqləndirmək vacibdir. Qanunvericilikdə müəyyən boşluqlar mövcuddur və bunların aradan qaldırılması zəruridir. Əgər istifadə ağır dərəcədədirsə və şəxs narkotik maddədən mütəmadi istifadə edirsə, inzibati həbsin müddəti artırılmalıdır. Hətta cinayət məsuliyyətinə qədər gedib çıxması mümkündür. Məsələn, hazırkı 3-6 aylıq həbs deyil, 1 ilə qədər həbs müddəti tətbiq oluna bilər". 
Ekspert, həmçinin yeni təklif  səsləndirib: "Sürücülük hüququndan məhrumetmənin bərpası yalnız o halda mümkün olmalıdır ki, şəxs narkomaniyadan azad olduğunu təsdiq edən sənəd təqdim etsin və azad olsun. Çünki bir dəfə aludəçi olan şəxs, əgər müalicə almamışsa, 1-2 ildən sonra yenidən narkotik maddə qəbul edəcək. Buna görə yanaşmalar dəyişməlidir. Şablon yanaşmalarla qəbul olunan qanunlar faydalı olmur. Bu məsələlərin detallı şəkildə müzakirə edilməsinə, narkoloqlar, ekspertlər və mütəxəssislərlə işlənməsinə ciddi ehtiyac var. Təəssüf ki, qanunvericiliyin qəbulunda bəzən yarımçıq sənədlərə də rast gəlinir"./cross.media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri