Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Türkiyədə aqrar sığorta mexanizmi ilə bağlı müzakirələr aparıb

Azərbaycan nümayəndə heyəti Türkiyədə aqrar sığorta mexanizmi ilə bağlı müzakirələr aparıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 may, AZƏRTAC

Azərbaycanın müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər çərçivəsində kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev, Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov, Azərbaycan Mərkəzi Bankının sığorta siyasəti üzrə baş direktoru Vüsal Qurbanov, Maliyyə Nazirliyinin nümayəndəsi Gündüz Əliyev, Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Anar İslamov, ASF-nin hüquq şöbəsinin müdiri Əminə Qasımovadan ibarət nümayəndə heyəti Türkiyənin Sığorta və Fərdi Pensiya Tənzimləmə və Nəzarəti Agentliyi (SEDDK) və Kənd Təsərrüfatı Sığortaları Sistemi - TARSİM təşkilatında görüşlər keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Sığorta və Fərdi Pensiya Tənzimləmə və Nəzarəti Agentliyinin (SEDDK) sədr müavini və TARSİM İdarə Heyətinin sədr müavini Hande Hatunoğlu Kurtulan, TARSİM-in İdarə Heyətinin üzvü, Tarım Sığortaları Hovuzunun Baş direktoru Bekir Engürülü, SEDDK-nin Vasitəçilər və İxtisaslaşdırılmış Qurumlarla İş üzrə departament rəhbəri və TARSİM-in İdarə Heyətinin üzvü Işıl Konya ilə görüşüb.

Görüşlərdə hər iki ölkədə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta sistemləri ilə bağlı ümumi dəyərləndirmələr aparılıb, qarşılıqlı təcrübələr müzakirə olunub. Tərəflər Türkiyə və Azərbaycanın aqrar sığorta mexanizmi, onların fərqli cəhətləri ilə bağlı fikir mübadiləsi ediblər.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi Türkiyənin TARSİM sistemi modeli əsasında yaradılıb. Aqrar sığorta mexanizminin əsas xüsusiyyəti sığorta haqqına 50 faizlik dövlət dəstəyinin verilməsidir. Sığorta haqlarının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatları sığortalanır.

Aqrar Sığorta Fondu tərəfindən zərər çəkmiş sığortalı fermer və təsərrüfatlara sığorta ödənişləri hər il artmaqdadır. Fəaliyyətə başlayandan indiyədək Fond belə təsərrüfatlara, ümumilikdə, 15 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri