Azərbaycan nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqında vəzifəyə irəli sürülüb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan MDB regionundan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 1-ci tədqiqat qrupunun sədr müavini vəzifəsinə “Azərkosmos”un İdarə Heyəti sədrinin kosmik hüquq məsələləri üzrə müşaviri İlqar Abdullayevin namizədliyini irəli sürüb.
AZƏRTAC-a “Azərkosmos”dan bildirilib ki, BTİ-nin tədqiqat qrupları qlobal rabitə və telekommunikasiya sahəsində inkişafı təşviq edən, yeni texnologiyaların tətbiqi və müasir tələblərin öyrənilməsində mühüm rol oynayır.
Azərbaycan nümayəndəsinin bu vəzifəyə namizədliyi ölkəmizin beynəlxalq platformalarda təmsilçiliyinin, həmçinin kosmik hüquq və innovativ texnologiyalar sahəsində mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Cari il noyabrda Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (ÜTİK-25) çərçivəsində BTİ-nin Nizamnaməsinin 20-ci maddəsinə əsasən Telekommunikasiya inkişafı üzrə tədqiqat qruplarının yeni tərkibi seçiləcək. Bu tədbir üzv dövlətlərin müəyyənləşdirdiyi prioritet istiqamətlər üzrə aparılan tədqiqatların nəticələrinin və tövsiyələrinin müzakirəsi üçün vacib beynəlxalq platforma olacaq.
Baxış sayı:26
Bu xəbər 05 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















