Icma.az
close
up
RU
Ənənəvi duşlar gələcəkdə tarixə çevriləcək ilk sifarişləri otellər verdi

Ənənəvi duşlar gələcəkdə tarixə çevriləcək ilk sifarişləri otellər verdi

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın gələcəkdə klassik duşların yerini "insan yuma maşınları" ala bilər. Bu futuristik texnologiya artıq reallığa çevrilmək üzrədir.

Milli.Az xəbər verir ki, Yaponiyada gələcəyin duş anlayışı üzərində aparılan araşdırmalar nəticəsində tamamilə fərqli bir sistem hazırlanıb. Adi duş başlığı və su axını əvəzinə, insan bədənini avtomatik şəkildə yuyan, masaj edən və rahatladan xüsusi kapsul təqdim olunur. Bu sistem mahiyyət etibarilə insanlar üçün nəzərdə tutulmuş bir növ "paltaryuyan maşın" kimi işləyir.

"Gələcəyin İnsan Yuma Maşını" yuyunma təcrübəsini fərdiləşdirmək üçün ultrasəs dalğaları ilə süni intellekti birləşdirir. Osaka mərkəzli Science Co. şirkəti tərəfindən hazırlanan cihaz ilk dəfə Expo 2025 sərgisində nümayiş etdirilib.

Ziyarətçilər qapalı kapsulun içinə uzanır və bütün təmizlik prosesi avtomatik həyata keçirilir. Kabin əvvəlcə isti su və xırda hava köpükləri ilə dolur, proses sakitləşdirici musiqi və təbiət görüntüləri ilə müşayiət olunur. Bu köpüklər sabun istifadə olunmadan kir və ölü dəri hüceyrələrini təmizləyir.

Sensorlar istifadəçinin dəri tipini və ruh halını real vaxt rejimində analiz edir. Buna uyğun olaraq işıq effektləri və ətirlər seçilir, rahatladıcı atmosfer yaradılır. Son mərhələdə su püskürtmə sistemi bədəndə qalan bütün qalıqları aradan qaldırır. İstifadəçinin yuyunma zamanı hər hansı ovma və ya hərəkət etməsinə ehtiyac qalmır. Yuma və qurulama daxil olmaqla bütün proses təxminən 15 dəqiqə çəkir.

Yay aylarında keçirilən sorğuya əsasən, istifadəçilərin 77,6 faizi bu təcrübəni "çox məmnunedicı", 21,1 faizi isə "məmnunedicı" kimi qiymətləndirib.

Əvvəlcə satışa çıxarılması planlaşdırılmayan bu cihaz üçün şirkət artıq Yaponiyadakı otellərdən 6 ədəd sifariş alındığını açıqlayıb.

Cihazın mürəkkəb mexaniki hissələri, böyük ölçüsü və mövcud evlərə quraşdırılmasının çətinliyi onun qiymətini xeyli artırır. Şirkət nümayəndələrinin sözlərinə görə, bu sistemin dəyəri "idxal olunan lüks avtomobil qiymətinə yaxın" olacaq.

Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Dekabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see210

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see170

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see137

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri