Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 9 oktyabr, AZƏRTAC
Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOC) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Forumu öz işinə başlayıb.
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildirilib ki, forumda ölkəmizi MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Forumun ilk günü 46-cı Avropa Olimpiya Komitələrinin (AOK) seminarı və Olimpiya Həmrəyliyi Formunun rəsmi açılış mərasimi ilə başlayıb. Tədbirdə Xorvatiya Olimpiya Komitəsinin prezidenti Yosip Varvodiç, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və Xorvatiyanın Turizm və İdman Nazirliyinin dövlət katibi Yosip Paviç çıxış ediblər.
Forumda 11-ci Avropanın ən yaxşı gənc idmançısı üçün nəzərdə tutulan “Pyotr Nurovski” mükafatının təqdimat mərasimi keçirilib. Forum çərçivəsində 2027-ci il Qış və Yay Avropa Gənclər Olimpiya Festivalları, İstanbulda keçiriləcək IV Avropa Oyunları və “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üzrə müzakirələr aparılacaq, plenar iclaslar və birgə işçi sessiyaları keçiriləcək.
AOC-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Oktyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















