Icma.az
close
up
RU
Azərbaycan Ordusu bu gün peşəkar ordu modeli istiqamətində inkişaf edir HƏRBİ EKSPERT RƏYİ

Azərbaycan Ordusu bu gün peşəkar ordu modeli istiqamətində inkişaf edir HƏRBİ EKSPERT RƏYİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ordunun, ümumilikdə isə Silahlı Qüvvələrin inkişaf səviyyəsi birbaşa olaraq ölkənin iqtisadi potensialı və maliyyə imkanlarından asılıdır. Azərbaycan dövləti bu gün inkişafda olan bir ölkə olaraq iqtisadi potensialını və maliyyə imkanlarını dinamik şəkildə artırmaqdadır. Bu şəraitdə, təbii olaraq, Azərbaycan Ordusunun inkişafı da dövlətin ümumi iqtisadi yüksəlişi ilə paralel şəkildə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarəti altındadır: "Prezident, Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrin davamlı inkişafını nəzarətdə saxlayır və bu istiqamətdə zəruri tədbirlərin görülməsi ilə bağlı dəfələrlə mövqeyini ifadə etmişdir.

Azərbaycan Ordusunun Ali Baş Komandanının belə bir ifadəsi var: "Azərbaycan Ordusu nə lazımdırsa, onu da alacaq". Bu fikir göstərir ki, Azərbaycan Ordusunun bu gün bütün ehtiyacları tam şəkildə təmin edilir. Ordunun inkişafı müasir silahlı qüvvələr prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Cənab Prezidentin müəyyən etdiyi tapşırıqlar əsasında Azərbaycan Ordusu artıq Türkiyə modeli əsasında islahatlar prosesini yekunlaşdırmaq üzrədir. Azərbaycan Ordusu bu gün müasir ordu sistemləri sırasında özünəməxsus yer tutur və bədnam qonşularımızla, hələ də rəsmi sülh müqaviləsi imzalanmamış, faktiki müharibə vəziyyətində olduğumuz düşmənlə müqayisədə daha irəlidə olaraq öz inkişafını davam etdirir".

Hərbi ekspert həmçinin qeyd edib ki, Azərbaycan Ordusunda genişmiqyaslı islahatlar aparılır: "Bu islahatlar hərbi-elmi tədqiqatların nəticələri, dünyada gedən hərbi-siyasi proseslər, qarşıya qoyulmuş tapşırıqlar və potensial risklər nəzərə alınmaqla müəyyən edilir və kompleks şəkildə bütün sahələri əhatə edir. Yeni texnika və silahların alınması bu islahatların əsas istiqamətlərindən biridir. Bu sahədə prioritet, Azərbaycan Ordusunun qarşıya qoyula biləcək tapşırıqları yerinə yetirmək qabiliyyətinə uyğun, müasir döyüş əməliyyatlarını həyata keçirməyə imkan verən və qabaqcıl texnologiyalara əsaslanan silah, texnika və avadanlıqların əldə edilməsinə verilir.

Azərbaycan Ordusu bu gün şəxsi heyətinin döyüş hazırlığını daim artırmaqdadır. Orduda keçirilən təlimlər və digər məşğələlər yüksək peşəkarlıqla təşkil olunur. Bu təlimlər birbaşa olaraq Azərbaycanın Vətən müharibəsində əldə etdiyi təcrübəyə əsaslanaraq keçirilir və həmin təcrübədən irəli gələn döyüş hazırlığı metodikası tətbiq edilir. Bununla yanaşı, Azərbaycan Ordusunda, eləcə də ölkənin hərbi tədris müəssisələrində və elmi-tədqiqat institutlarında Vətən müharibəsinə dair genişmiqyaslı elmi araşdırmalar aparılır. Bu araşdırmalar həm mövcud hərbi hazırlığın təkmilləşdirilməsi, həm də gələcək əməliyyatların planlaşdırılması baxımından əhəmiyyətli rol oynayır".

O bildirib ki, Azərbaycan Ordusu bu gün peşəkar ordu modeli istiqamətində inkişaf edir: "Hazırda orduda əsas döyüş vəzifələrinin 70 faizdən çoxu müddətdən artıq həqiqi hərbi xidmət keçən peşəkar hərbi qulluqçular tərəfindən icra olunur. Cəmiyyət tərəfindən bu kateqoriyaya aid hərbi qulluqçulara yüksək etimad göstərilir. Eyni zamanda, gənclər tərəfindən Azərbaycan Ordusunda xidmətə maraq kifayət qədər yüksəkdir və mövcud vakansiyalar üzrə müraciətlər davamlı şəkildə daxil olur. Bu prosesin davamlılığı ordunun kadr potensialının gücləndirilməsi və peşəkarlaşma səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, Azərbaycan Ordusu yaxın gələcəkdə tam peşəkar ordu modelinə keçid istiqamətində məqsədyönlü şəkildə inkişaf edir. Bu, Vətən müharibəsi zamanı da öz təsdiqini tapdı və nəticələrini aydın şəkildə göstərdi. Belə ki, bu gün Azərbaycan Ordusunda mövcud olan müasir texnika və avadanlıqların idarə olunması yalnız peşəkar heyətin deyil, eyni zamanda yüksək intellektual səviyyəyə malik şəxsi heyətin cəlb edilməsini zəruri edir.

Bu tələbləri nəzərə alaraq, həmin vəzifələrə xüsusi hazırlıq keçmiş, müvafiq kurslarda iştirak edib uğurla başa vurmuş və sertifikat almış peşəkar hərbi qulluqçular cəlb olunur. Müddətli həqiqi hərbi xidmətdə olan əsgərlər isə, təbii olaraq, bu səviyyədə texniki və taktiki bilikləri tam şəkildə mənimsəyə bilmirlər. Buna görə də, Azərbaycan Ordusu müasir silah-sursat və avadanlıqların effektiv şəkildə tətbiq olunması üçün peşəkar ordu modeli istiqamətində inkişaf edir"- deyə ehtiyatda olan polkovnik bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri