Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

“Azərbaycan beynəlxalq yaşıl enerji gündəminin formalaşmasında ön sıradadır” Komitə sədri

“Azərbaycan beynəlxalq yaşıl enerji gündəminin formalaşmasında ön sıradadır” Komitə sədri

Icma.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycan və Türkiyə arasında formalaşmış enerji tərəfdaşlığı bu gün Avropanın enerji təhlükəsizliyinin strateji onurğa sütunlarından biridir. TANAP və TAP layihələri ilə başlanmış bu yol artıq yaşıl enerji tərəfdaşlığı mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsinin yaratdığı siyasi-hüquqi zəmin üzərində biz Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropaya uzanan yaşıl enerji dəhlizini formalaşdırırıq. Bu, “Bir millət, iki dövlət” fəlsəfəsinin enerji müstəvisindəki ən möhtəşəm strateji ifadəsidir”.

525.az-ın Rizəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ikinci Ayder Beynəlxalq Forumunda çıxışında deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən strateji baxışı, qətiyyətli siyasi iradəsi və ardıcıl liderliyi nəticəsində Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısı olmaqla yanaşı, beynəlxalq yaşıl enerji gündəminin formalaşmasında da ön sıralarda dayanır. COP29 çərçivəsində Prezident tərəfindən irəli sürülmüş və geniş beynəlxalq dəstək qazanmış “Yaşıl Enerji Zonaları və Dəhlizləri” təşəbbüsü bu gün Ayder Forumunda müzakirə etdiyimiz mövzuların da ideoloji və praktiki əsasını təşkil edir.

O bildirib ki, bu gün qlobal miqyasda enerjiyə tələbatın sürətlə artdığı, enerji məsələlərinin isə getdikcə daha çox siyasi qərarların formalaşmasına birbaşa təsir göstərdiyi bir mərhələdə Ayder Forumunun müzakirələri xüsusi strateji əhəmiyyət kəsb edir.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan “Yaşıl Dünya Naminə Həmrəylik” prinsipini real dövlət siyasətinə çevirərək işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru, eyni zamanda Naxçıvanı rəsmi şəkildə “Yaşıl Enerji Zonası” elan edib. Bu ərazilərdə günəş, külək və hidroenerji potensialının mərhələli şəkildə reallaşdırılması ölkəmizin yaşıl keçid strategiyasının artıq praktiki nəticələr verdiyini nümayiş etdirir.

“Bu strategiya konkret rəqəmlərlə və real layihələrlə təsdiqlənir. Beynəlxalq qiymətləndirmələrə əsasən, Azərbaycanın bərpa olunan enerji üzrə texniki potensialı quruda təxminən 27 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə 150 giqavatdan artıq külək enerjisi potensialı ilə ölçülür. Bu potensialın reallaşdırılması istiqamətində artıq mühüm nəticələr əldə olunub.

Masdar şirkəti ilə birgə həyata keçirilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası uğurla istismara verilib. Bununla yanaşı, ACWA Power ilə əməkdaşlıq çərçivəsində 240 meqavat gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası artıq fəaliyyətə başlayıb.

Prezident İlham Əliyev bu stansiyanın açılış mərasimində çıxış edərək vurğulayıb ki, bu layihə ölkəmizin enerji potensialını gücləndirən, enerji təhlükəsizliyinə və dayanıqlı inkişafa mühüm töhfə verən əlamətdar hadisədir. Bu stansiya təkcə yaşıl enerji istehsalı deyil, eyni zamanda beynəlxalq investorlarla etimada əsaslanan tərəfdaşlığın real nəticəsidir.

Paralel olaraq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda günəş, külək və hidroenerji layihələri icra olunur. Bu layihələr daxili tələbatın yaşıl mənbələr hesabına ödənilməsi ilə yanaşı, regional və Avropa bazarlarına yaşıl enerji ixracı üçün möhkəm əsas yaradır. Məhz bu yanaşma Azərbaycanı təkcə enerji istehsalçısı yox, eyni zamanda yaşıl enerjinin ixracatçısı və tranzit mərkəzinə çevirir”, - deputat söyləyib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see134

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri