Icma.az
close
up
RU
Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Video

Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Video

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixi vərəqləyəndə şahid oluruq ki, Azərbaycan uzun illər işğala, məhrumiyyətlərə məruz qalıb. Elə çox da uzaq keçmiş olmayan 1990-cı illərin əvvəllərindən ölkəmiz Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Nəticədə torpaqlarımızın 20%-i işğal edildi. Azərbaycana qarşı belə təcavüzkar siyasət BMT nizamnamələrinin kobud şəkildə pozulması idi. Ancaq Ermənistan hesab edirdi ki, ərazilərimizi istədiyi kimi işğal edə, özgə torpaqlarını mənimsəyərək özününküləşdirə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində qeyd olunur.

"Gözü dönən işğalçılar bu yolda tarixi saxtalaşdırmaqdan, vandalizm aktları törətməkdən çəkinmədilər. 30 il boyunca danışıqlar aparıldı ki, Ermənistan destruktiv mövqeyindən əl çəksin. Ancaq gözləntilər nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri də qulaqardına vuruldu. Lakin xalqımızın müstəqillik əzmi sarsılmamışdı.

Qələbəyə inancı tam idi. Çünki xalq əmin idi ki, insanlıq əleyhinə cinayətlər, şəhər və kəndlərimizin viran edilməsi cavabsız qalmayacaq. Hətta 2023-cü ilin yayında Ermənistan Qərblə birləşib, Qarabağda guya aclığın, humanitar fəlakətin olması ilə bağlı saxta kampaniyaya başladı. Ermənistan hakimiyyətinin nümayəndələri anlamadılar ki, 1990-cı illərdən fərqli Azərbaycanla üz-üzədirlər. Buna baxmayaraq, Vətən müharibəsindən sonrakı üç il ərzində danışıqlar prosesində İrəvan səmimi olmadı", - müəllif bildirir.

Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? - Video

"Qarabağ əhalisinin hüquq və azadlıqları kimi məsələni irəli sürərək ərazi bütövlüyünün bərpasına mane olmağa çalışdılar. Lakin artıq yaranan reallıq bir daha dəyişməyəcək qədər güclü bərqərar edilmişdi. Bəli, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdik. 2023-cü il sentyabrın 19-da Qarabağ torpaqlarında Ermənistanın tör-töküntülərinin, separatçı qüvvələrin törətdiyi genişmiqyaslı təxribatların qarşısı da uğurla alındı və Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edilərək torpaqlarımızdan tamamilə çıxarıldı.

Nəzərə almaq lazımdır ki, 2023-cü il sentyabrın 2-də Nikol Paşinyan Ermənistanın təcavüzü nəticəsində yaradılmış qondarma rejimin müstəqillik bəyannaməsinin qəbulu günü ilə bağlı təbrik müraciəti ünvanlamışdı. Ardınca qondarma rejimin rəhbərliyində "seçki" keçirildi. Bu isə Praqada əldə olunmuş razılıqla tam ziddiyyət təşkil edirdi. Qarşı tərəfin təzadlı söz və davranışları Qarabağda xüsusi əməliyyatların aparılmasını zəruri edirdi.

Beləliklə, cəmi 23 saat davam etmiş əməliyyatlar parlaq qələbə ilə nəticələndi. Yalnız bundan sonra Nikol Paşinyan sülhə məcbur edildi və real sülh üzrə danışıqlar başladı. Beləcə, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı. İşğalın davam etdirilməsi üçün sona qədər çalışan Ermənistanın iradəsi tamamilə qırıldı. Bu gün isə Azərbaycanın dövlət bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır", - materialda vurğulanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri