Icma.az
close
up
RU
Azərbaycan Ordusunun qlobal reytinq yürüşü

Azərbaycan Ordusunun qlobal reytinq yürüşü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

145 ordu arasında 60-cı yerdə qərarlaşmağımız modern hərbi quruculuğun təsdiqidir

“Global Firepower” (GFP) agentliyi 145 ordunun 2025-ci il üzrə reytinq cədvəlini açıqlayıb. Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısında 60-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, dilimizə “Qlobal atəş gücü” kimi tərcümə olunan GFP hər il dünya ölkələrinin bütövlükdə götürülmüş hərbi gücünün reytinq cədvəlini tərtib edir. Agentliyə amerikalı bloger Daniel Puçek rəhbərlik edir. Reytinqin onun tərəfindən tərtib olunduğu bildirilir. Puçek hər bir ölkənin reytinqini hesablamaq üçün dəqiq formulu və təfərrüatları açıqlanmayan xüsusi düsturdan istifadə edir. Agentlik hər il ölkələrin silahlı qüvvələrini avadanlıq və personalın sayı, maliyyə vəziyyəti, resursların mövcudluğu və digər amillər daxil olmaqla 60-a yaxın göstərici üzrə müqayisə edir. Hərbi güc təkcə ordunun şəxsi heyətinin kəmiyyət göstəriciləri ilə deyil, həm də onun arsenalında olan təyyarə və helikopterlər, tanklar, zirehli maşınlar, özüyeriyən artilleriya, yedəkli artilleriya və reaktiv qurğular, dəniz donanmasında olan gəmilər və döyüş qayıqları, eləcə də hərbi büdcəsi və təbii sərvətlərə (yanacaq-sürtkü materialları, daş kömür və sair) çıxışı ilə müəyyən olunur. İndeks tərtib edilərkən demoqrafik, maliyyə, logistika və coğrafi amillərin də nəzərə alındığı iddia olunur.

“Qlobal atəş gücü” indeksi müxtəlif ölkələrin ənənəvi müharibə potensialını quru, dəniz və hava döyüş imkanları baxımından müqayisə edir. 2016-cı ildən bəri hər il yenilənən indeksdə ənənəvi müharibəyə diqqət yetirildiyi üçün nüvə arsenalları nəzərə alınmır.

Əlbəttə, Azərbaycan Ordusunun 145 ordu sırasında 60-cı yerdə qərarlaşması mühüm nailiyyət kimi qiymətləndirilməlidir. Bu göstərici təsadüfi nəticə deyil və ölkəmizdə ordu quruculuğuna ayrılan diqqətin bariz nümunəsidir. Reytinq həm ölkəmizin mövcud potensialının obyektiv dəyərləndirilməsi, həm də regional təhlükəsizlik arxitekturasında tutduğumuz mövqeyin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu platformanın hazırladığı reytinqlər zaman-zaman müzakirəklərə yol açsa da, onun əsas mahiyyəti ölkələrin hərbi hazırlıq səviyyəsinə dair ümumi təsəvvür formalaşdırmaqdır. Azərbaycan Ordusunun bu siyahıdakı mövqeyi də son illərdə aparılan modernləşmə siyasətinin, müdafiə sənayesinin inkişafının və hərbi əməliyyatlar zamanı nümayiş etdirilən yüksək planlaşdırma qabiliyyətinin nəticəsidir.

Qeyd etdiyimiz kimi, agentlik ölkələrin silahlı qüvvələrini 60-dan çox göstərici əsasında müqayisə edir. Bu göstəricilərin əksəriyyəti yalnız canlı qüvvə və texnikanın sayına deyil, həm də logistik imkanlara, müdafiə büdcəsinin davamlılığına, strateji resurslara çıxışa, sənaye-istehsal potensialına, coğrafi mövqeyə, hətta təbii sərvətlərin mövcudluğuna qədər geniş sahəni əhatə edir. Azərbaycanın reytinqdəki mövqeyi ölkəmizin yalnız hərbi arenada deyil, həm də iqtisadi və geosiyasi müstəvidə gücünü nümayiş etdirən kompleks yanaşmanı ortaya qoyur.

Ölkəmizin son onillikdə seçdiyi müdafiə strategiyası real şərtlərə uyğun şəkildə formalaşıb. Silahlı Qüvvələrimiz Ermənistanla uzun illər davam edən münaqişə fonunda həm genişmiqyaslı əməliyyatlara hazırlıq, həm də müasir döyüş konsepsiyalarına uyğunlaşmaq istiqamətində böyük dəyişikliklər yaşadı. Xüsusilə 2016-cı ildən sonra ordunun texnoloji üstünlük üzərində qurulması, pilotsuz uçuş aparatlarının tətbiqi, artilleriya və xüsusi təyinatlı qüvvələrin modernləşdirilməsi, yeni komando hərbi hissələrinin yaradılması Azərbaycanın müdafiə potensialını ciddi şəkildə artırdı. Hərbi reytinqlərdə belə göstəricilər mütləq nəzərə alınır, çünki bu elementlər döyüş meydanında həlledici rol oynayır.

Azərbaycanın hərbi büdcəsinin sabit artımı, müdafiə sənayesi sahəsinə edilən yatırımlar, beynəlxalq tərəfdaşlarla genişlənən əməkdaşlıq da indeksdə əhəmiyyətli yer tutur. Türkiyə, Pakistan, İsrail, İtaliya və Serbiya kimi ölkələrlə hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə olunan yeni sistemlər ordumuzun imkanlarını daha çevik və effektiv edib. Hazırda Azərbaycan Ordusunun arsenalında olan zərbə dronları, raket-artilleriya sistemləri, müasir tanklar və zirehli texnikalar, hava hücumundan müdafiə vasitələri Silahlı Qüvvələrimizi regionun ən hazırlıqlı ordularından birinə çevirib.

Bununla yanaşı, 2020-ci ildəki 44 günlük müharibə və 3 il sonrakı antiterror əməliyyatı Azərbaycan Ordusunun döyüş hazırlığının, əməliyyat planlaşdırma qabiliyyətinin və koordinasiya səmərəliliyinin dünyada ciddi şəkildə izlənməsinə səbəb oldu. Hərbi dairələr bu əməliyyatları XXI əsr müharibə modelinin yeni nümunələrindən biri kimi qiymətləndirmişdilər. Belə təcrübə istənilən ordunun reytinqdə mövqeyinə təsir göstərir, çünki real döyüş sınağı güc balansının ən dəqiq ölçülərindən sayılır.

Reytinqdə Azərbaycanı irəli çəkən mühüm amillərdən biri də ölkənin enerji resurslarına çıxışı, iqtisadiyyatın maliyyə dayanıqlılığı və müdafiə xərclərini uzunmüddətli perspektivdə təmin etmək imkanlarıdır. “Global Firepower” bu kimi faktorları birbaşa ordunun resurs təminatı, texnika yenilənməsi və uzunmüddətli hərbi layihələrə davamlı investisiya imkanı kimi qiymətləndirir. Azərbaycanın təbii sərvətlərdən əldə etdiyi gəlirlər təkcə iqtisadi inkişaf üçün deyil, həm də müdafiə sektorunun sabit maliyyələşməsi üçün strateji baza rolunu oynayır.

Əlbəttə, reytinqdə ilk sıralarda yer alan ölkələrlə müqayisə etmək doğru olmaz. ABŞ, Çin, Rusiya, Hindistan, Fransa və Böyük Britaniya kimi dövlətlər qlobal miqyasda hərbi-strateji güc mərkəzləridir və onların resurs potensialı ilə region ölkələrinin imkanları arasında fundamental fərqlər var. Lakin Azərbaycanın 60-cı pillədə qərarlaşması ölkəmizin öz bölgəmizdə əsas təhlükəsizlik oyunçularından biri olduğunu göstərir. Regionda hərbi-siyasi balansın dəyişdiyi bir dövrdə belə mövqe həm siyasi çəkini artırır, həm də diplomatik manevr imkanlarını genişləndirir. Onu da bildirək ki, Türkiyə Silahlı Qüvvələri 9-cu yerdə qərarlaşaraq qlobal 10 güc arasındadır. Qazaxıstan Ordusu isə 57-ci yeri özü üçün təmin etməklə Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticəyə malikdir.

***

Azərbaycan Ordusunun inkişaf strategiyası yalnız müasir hərbi texnikaların alınmasına deyil, həm də şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə əsaslanır. Dövlətimiz son illərdə hərbi təhsil sahəsində ciddi islahatlar həyata keçirib, Türkiyə modelinə uyğunlaşma dərinləşib, NATO standartlarına keçid sürətlənib. Hərbi akademiyaların təkmilləşdirilməsi, müasir təlim mərkəzlərinin qurulması, beynəlxalq sülhməramlı missiyalarda iştirakı silahlı qüvvələrin peşəkarlığını gücləndirir.

Yeni reytinq cədvəli həm də bir reallığı göstərir: Azərbaycan təkcə müdafiə qabiliyyətini artırmır, həm də postmüharibə dövründə yenidənqurma prosesləri ilə paralel şəkildə ordu quruculuğunda dayanıqlı model formalaşdırır. İşğaldan azad edilmiş ərazilərdə qurulan yeni hərbi infrastrukturlar, sərhəd xidmətinin modernləşdirilməsi, hava məkanının nəzarət mexanizmlərinin yenilənməsi ölkənin təhlükəsizlik sisteminin bütövlüyünü təmin edən uzunmüddətli layihələrdəndir.

Bu reytinq Azərbaycanın təhlükəsizlik siyasətində yeni mərhələni də əks etdirir. Ordu artıq yalnız müdafiə funksiyası daşımır, həm də regionda sülhün qorunması üçün dayaq mexanizmlərindən birinə çevrilir. Azərbaycan Zəngəzur istiqamətindən açılması nəzərdə tutulan kommunikasiyalar, Cənubi Qafqazda yeni əməkdaşlıq modelləri və iqtisadi inteqrasiya layihələri fonunda təhlükəsizlik arxitekturasında aparıcı rola iddialıdır. Bu iddianın əsas dayağı isə güclü ordu və davamlı hərbi-siyasi iradədir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovun fikrincə, Azərbaycan Ordusunun 60-cı pillədə yer alması ölkəmizin mövcud imkanlarına adekvat göstəricidir. Onun qənaətincə, ordumuzun əsas üstünlüyü modern döyüş elementlərinə çevik adaptasiya qabiliyyətindədir. Xüsusilə zərbə dronları, yüksək dəqiqlikli raket kompleksləri, xüsusi təyinatlı qüvvələrin hazırlığı və real döyüş təcrübəsi Azərbaycanın regionda fərqlənməsinə səbəb olur.

Ekspertlər qeyd edir ki, Azərbaycan Ordusu postsovet məkanında ən çevik modernləşmə proqramlarından birini həyata keçirir. Türkiyə ilə hərbi əməkdaşlıq, birgə təlimlərin intensivliyi, komanda idarəetmə sisteminin yenilənməsi ordunun keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu amillər döyüş qabiliyyətinə birbaşa təsir edir.

Hərbi mütəxəssis hesab edir ki, reytinqdə daha da irəliləmək üçün iki əsas istiqamət önə çıxacaq: müdafiə sənayesinin daxili istehsal imkanlarının genişləndirilməsi və hava-hava, hava-raket müdafiəsi sahəsində əlavə modernləşmə: “Azərbaycanda bu istiqamətlər üzrə artıq iş gedir və yaxın illərdə nəticələrin daha aydın görünəcəyi proqnozlaşdırılır. Mənim dəyərləndirməyimə görə, ölkəmizin əsas üstünlüyü hərbi gücə siyasi iradənin dəstək verməsidir. Çünki modern ordu təkcə texnika ilə deyil, vahid idarəetmə mərkəzinə malik strateji planlaşdırma ilə formalaşır. Azərbaycan bu baxımdan regionun təhlükəsizlik sistemində əsas aktor olaraq qalır”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see281

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see226

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see223

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see198

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see189

15 21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

13 İyun 2026 15:43see177

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see173

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see172

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see171

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see171

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see171

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see168

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see168

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see167

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see166

Dünyada neft ucuzlaşır

13 İyun 2026 10:10see166

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see163

Dövlət “bir daşla üç quşu necə vura bilər”? “Uşaq pulu” ilə bağlı təklif

13 İyun 2026 13:50see163

Qaziantepdə güclü zəlzələ baş verib

13 İyun 2026 10:14see162

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri