Icma.az
close
up
RU
Azərbaycan Orta Asiyada iqtisadi və siyasi varlığını gücləndirir

Azərbaycan Orta Asiyada iqtisadi və siyasi varlığını gücləndirir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Mətləb Salahov: “Rəsmi Bakı artıq Orta Asiya coğrafiyasında da fəal iqtisadi və siyasi aktora çevrilməyi hədəfləyib”

“Azərbaycan Prezidentinin son Qazaxıstan səfəri təkcə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi və yeni layihələrin hazırlanması baxımından deyil, həm də genişmiqyaslı iqtisadi və siyasi perspektiv baxımından önəmlidir. Bu səfər ilk növbədə tarixi, dini və mədəni bağlılıqları olan türkdilli ölkələrin inteqrasiyası baxımından əhəmiyyətlidir. Çünki hər iki ölkə Türk Dövlətləri Təşkilatında təmsil olunurlar, üstəlik məhz bu iki ölkə keçmiş sovet regionunda iqtisadi və siyasi çəkisinə görə fərqlənirlər. Qazaxıstan Orta Asiyada böyük ərazilərinə və iqtisadi pıotensialına görə lider ölkə qismindədir. Azərbaycan isə artıq nəinki Cənubi Qafqaz bölgəsində, ən önəmlisi beynəlxalq miqyasda mühüm tərəfdaş ölkə, iqtisadi potensialına görə hesablaşılan dövlət, ən əsası da günü bu gün Avropanın enerji təhlükəsizliyi üçün bir nömrəli ölkə statusundadır. Bunlar gerçək faktlardır, sadəcə xoşagəlimli ifadələr deyil.”Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun fikrincə Prezident İlham Əliyevin Astanada gələcək tərəfdaşlıq və mühüm layihələr barədə səsləndirdiyi aktual fikirlər rəsmi Bakının artıq Orta Asiya coğrafiyasında da fəal iqtisadi və siyasi aktora çevriləmkdə olduğunu ortaya qoyir: “Diqqət edin, Azərbaycan Prezidenti mətbuat konfransı zamanı qeyd etdiyi kimi, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır.
Bu ilk növbədə rəsmi Bakının və Astananın geosiyasi proseslərin lokomotiv qüvvəyə çevrilmək niyyətini açıqca ortaya qoyur. Qazaxıstan rəhbərliyinin dünən elan etdiyi kimi, qardaş ölkə Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır, bundan başqa Bakı ilə ticarət dövriyyəsində yaxın illərdə 1 milyard dollara çatdırmaq niyyətindədir. Bu fikirlər o deməkdir ki, Azərbycan Orta Asiya ölkələrinin gələcək iqtisadi həyatında da önəmli pay sahibinə çevrilməyi hədəfləyib”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri