Icma.az
close
up
RU
Azərbaycan Orta Asiyada yeni imkanlar qazanır Şərh

Azərbaycan Orta Asiyada yeni imkanlar qazanır Şərh

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri ölkənin Mərkəzi Asiya siyasəti və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları baxımından diqqət çəkir. Səfər zamanı keçirilən görüşlərin siyasi əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi, nəqliyyat və strateji tərəfdaşlıq istiqamətlərində yeni perspektivlər açacağı gözlənilir.
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji müttəfiqlik çərçivəsində daha da inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.

Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında hazırda münasibətlər ən yüksək səviyyədədir. Prezidentin bu səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına yeni impulslar verə bilər:
“Burada əsas məsələ Azərbaycanın geosiyasi, geoiqtisadi və geostrateji maraqları ilə bağlıdır. Azərbaycanın Orta Asiyada olduqca ciddi maraqları mövcuddur. Çünki Orta Asiya ölkələrinin mütləq əksəriyyəti türk dövlətləridir və bu dövlətlər Türk Dövlətləri Təşkilatında birləşirlər. Azərbaycan və Türkiyə də bu qurumun üzvü kimi ortaq türk maraqları çərçivəsində münasibətlərin inkişaf etdirilməsinə çalışırlar.
Hazırda Orta Asiya ölkələri ilə Azərbaycanın münasibətləri yüksək səviyyədə olmaqla yanaşı, yaxın gələcəyə yönəlmiş strateji hədəfləri də özündə əks etdirir. Orta Asiya ölkələri olduqca zəngin, xüsusilə enerji resursları baxımından əhəmiyyətli dövlətlərdir. Bu ölkələr artıq tədricən Qərb bazarlarına çıxış marşrutları axtarır və alternativ əməkdaşlıq istiqamətlərini genişləndirməyə çalışırlar. Bu baxımdan Azərbaycan Orta Asiya ölkələri, o cümlədən Qırğızıstan üçün strateji əhəmiyyət daşıyan dövlətdir.
Azərbaycanın logistika imkanları, enerji və nəqliyyat marşrutları Orta Asiya ölkələri üçün olduqca cəlbedici xarakter daşıyır və hətta bu ölkələrin Qərbə açılan pəncərəsi rolunu oynayır. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan Prezidentinin Qırğızıstana səfər etməsi və Orta Asiya dövlətlərinin sammitində iştirak etməsi olduqca böyük əhəmiyyət daşıyır. Bu proses Türk Dövlətləri Təşkilatının qlobal məkandakı mövqelərinin daha da möhkəmlənməsinə xüsusi təsir göstərir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindən biri kimi bu qurumun qlobal məkanda geosiyasi iradə mərkəzinə çevrilməsində birbaşa maraqlıdır. Çünki rəsmi Bakı hesab edir ki, həm Azərbaycan, həm də Türk Dövlətləri Təşkilatı yeni dünya düzənində həlledici söz sahibi olan geosiyasi iradə mərkəzlərindən birinə çevrilməlidir. Rəsmi Bakı bu istiqamətdə fəaliyyətini genişləndirir və hazırda müşahidə olunan proseslər göstərir ki, yaxın gələcəkdə və orta perspektivdə Türk Dövlətləri Təşkilatı dünyada öz sözünü və iradəsini qəbul etdirən bir mərkəz və platforma statusu qazanmaq potensialına malikdir.
Bütün bunları nəzərə alanda, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri yaxın gələcəyin strateji hədəflərinin reallaşması baxımından olduqca böyük əhəmiyyət daşıyır”, – deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri