Icma.az
close
up
RU
Azərbaycan Orta Dəhlizin aparıcı dövlətinə çevrilib RƏY

Azərbaycan Orta Dəhlizin aparıcı dövlətinə çevrilib RƏY

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir.

Azərbaycan uzun illərdir Davos İqtisadi Forumunda təmsil olunur və xüsusilə də 2007-ci ildən başlayaraq cənab prezident İlham Əliyev Davos Forumuna qatılır. Davos Forumunda Azərbaycanın aktiv iştirakı, Azərbaycanın həm iqtisadi mövqeyinin gücləndirilməsi, yeni tərəfdaşların tapılması və mövcud əlaqələrin daha da inkişaf etdirilməsində çox mühüm rol oynamaqdadır. Həmçinin bu iqtisadi platforma imkan verir ki, bir çox məsələlərə aydınlıq gətirilsin və asanlıqla böyük şirkətlərin, kooperasiyaların, ölkə rəhbərlərinin tədbirlərdə iştirak etməklə yanaşı, ikitərəfli, üçtərəfli görüşlərin də baş tutması bir çox layihələrin reallaşmasına müsbət təsir verməkdədir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Çox sevindirici haldır ki, 2025-ci ildə keçirilən növbəti Davos İqtisadi Forumunda cənab prezident elə ilk gündən maraqlı görüşlər keçirdi və bu görüşlərin də böyük əksəriyyəti qarşı tərəfin istəyi əsasında baş tutdu. Bu, Azərbaycana olan marağın gündən-günə artmasından xəbər verir. Həmçinin də Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi, Azərbaycanın öz ərazisini, nəqliyyatın şaxələndirilməsi, Ələt Azad İqtisadi zonasını yaratması nəticə etibarilə Azərbaycanı Orta Dəhlizin ən aparıcı və həlledici dövlətinə çevirmişdir".

Deputat qeyd edib ki, bununla yanaşı Azərbaycanın enerji resurslarını ixrac etməsi, yaşıl enerjiyə keçidi təmin edə bilməsi və Avropaya bu enerjini daşımaq üçün böyük meqalayihəni həyata keçirməsi Azərbaycana olan marağı artırmaqdadır.

"Həmçinin Azərbaycan həm Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəmdə, həm də COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi də Azərbaycanın mövqeyini daha da gücləndirmişdir. Xüsusilə də, 44 Günlük Vətən Müharibəsində əldə edilmiş zəfərimiz, 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi, Qarabağda abadlıq-quruculuq işlərinin uğurla həyata keçirilməsi də Azərbaycana olan marağın daha da artmasına gətirib çıxarmışdır".

N.Həmzəyev  bildirib ki, cənab prezidentin Latviya, İsrail, Almaniya, İraq dövlətlərinin prezidentləri ilə görüşlərinin baş tutması bütün bu məsələlərdən xəbər verməsi deməkdir.

“Davos İqtisafi Forumu hələ davam edir və biz çox maraqlı görüşlərə şahidlik edəcəyik. Unutmamalıyıq ki, bütün baş tutan bu görüşlər və həyata keçirilən layihələrin bir məqsədi Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması və gələcək üçün daha güclü Azərbaycanı qura bilməyimiz və Azərbaycanın gücünə güc qatmağımızdır”, - deyə millət vəkili vurğulayıb.

Aminə Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 23 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri