Icma.az
close
up
RU
Azərbaycan Orta Dəhlizin aparıcı ölkəsidir

Azərbaycan Orta Dəhlizin aparıcı ölkəsidir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz uzun müddət Şimal və Cənub marşrutlarının alternativi hesab olunub. Lakin son illərdə Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklər göstərir ki, dəhliz artıq əvəzedici variantdan daha çox regionun əsas ticarət arteriyalarından biridir. Statistik göstəricilər marşrutun strateji əhəmiyyətini daha aydın ortaya qoyur.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2029-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə konteyner daşımalarının 300 min TEU-ya qədər artırılması planlaşdırılır. Bildirilir ki, 2025-ci ildə marşrutla təxminən 77 min TEU konteyner daşınıb. Son 7 ildə TBNM ilə daşımaların ümumi həcmi təxminən 5 dəfə artaraq ildə 0,8 milyon tondan 4,5 milyon tona çatıb ki, bu da marşrutun qlobal logistikanın əsas həlqələrindən biri kimi rolunun möhkəmləndirilməsində mühüm addım olub.

Nazirliyin məlumatına görə, marşrut vasitəsilə daşımaların dinamikası davamlı artım göstərir: 2019-cu ildə daşımaların həcmi 759 min, 2020-ci ildə 783 min, 2021-ci ildə 586 min, 2022-ci ildə 1,485 milyon, 2023-cü ildə 2,764 milyon, 2024-cü ildə 4,484 milyon, 2025-ci ildə isə 4,119 milyon ton təşkil edib. Bu gün Trans-Xəzər marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Qafqaz ölkələri, Türkiyə və Avropa bazarlarını birləşdirən multimodal nəqliyyat arteriyasıdır.

Daşımaların həcminin artması infrastrukturun genişləndirilməsi və iştirakçı ölkələrlə nəqliyyat operatorları arasında strateji tərəfdaşlığın gücləndirilməsinin nəticəsidir. Gömrük prosedurlarının sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və yüklərin çatdırılma müddətinin azaldılması marşrutun inkişafının mühüm amilləri olub. Əgər əvvəllər daşımaların müddəti 28-32 gün idisə, indi bu göstərici 13-17 günə qədər azaldılıb.

Bundan başqa, Azərbaycan və Qazaxıstan tezliklə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalamağı planlaşdırırlar. Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, tərəflər artıq saziş layihəsinin hazırlanmasını başa çatdırıblar. Onun imzalanmasında məqsəd TBNM-in institusional statusunun artırılmasıdır.

Qeyd etmək lazımdır ki, Orta Dəhlizdə Azərbaycanın rolu xüsusilə önəmlidir. Bakı Limanı, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, rəqəmsal gömrük sistemləri və Xəzər dənizində donanmanın modernləşdirilməsi üçün həyata keçirilən investisiyalar tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb və çatdırılma müddətini qısaldıb. Bu baxımdan Orta Dəhlizə yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın iqtisadi siyasətinin strateji prioritetlərindən biri kimi çıxış edir.

Orta Dəhlizə Qərb ölkələri, xüsusilə ABŞ və Avropa dövlətləri, son illərdə ciddi maraq göstərir. Bu maraq əsasən marşrutun Avrasiya ticarətində strateji rolundan və Şimal marşrutu ilə Cənub dəhlizindəki qeyri-sabitliklərdən irəli gəlir. ABŞ ilə Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində də Orta Dəhliz xüsusi diqqət mərkəzindədir. Sənəd quru, dəniz və hava nəqliyyatının inkişafını, tranzit prosedurlarının asanlaşdırılmasını və multimodal logistikanın gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, Avropa şirkətləri də Orta Dəhlizin multimodal imkanlarını və yüksək tranzit tutumunu qiymətləndirir, layihəyə investisiyaların artırılması və infrastrukturun təkmilləşdirilməsində maraqlıdır.

Xartiyada qeyd olunur: “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və məlumat bağlantısı, ticarət və tranzit asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika və digər əlaqəli sahələr üzrə əməkdaşlıq yolu ilə Trans-Xəzər Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) diqqət yetirərək regional əlaqəni təşviq etmək üçün birgə işləmək niyyətindədirlər”.

Sənədə əsasən, tərəflər 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq beynəlxalq və ölkədaxili bağlantıları, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal layihə kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.

TRIPP, yəni Zəngəzur dəhlizi, gələcəkdə region üçün strateji önəm kəsb edəcək layihədir. Gözləntilərə görə, bu dəhliz Azərbaycan, Naxçıvan Muxtar Respublikası və regionun digər ölkələri arasında birbaşa tranzit bağlantısı yaradacaq, yük daşımalarını sürətləndirəcək və çatdırılma müddətlərini xeyli qısaldacaq.

Layihənin tamamlanması ilə TRIPP Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Eyni zamanda, iştirakçı ölkələr üçün yeni investisiya və iqtisadi imkanlar yaradacaq və Avrasiya ticarətində strateji rol oynayacaq.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri