Icma.az
close
up
RU
Azərbaycan Orta Dəhlizin qovşağı və mərkəzi ölkəsidir

Azərbaycan Orta Dəhlizin qovşağı və mərkəzi ölkəsidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rusiya ilə münasibətlərin kəskinləşməsi və Yaxın Şərqdə davam edən qeyri-sabitlik fonunda Avropa İttifaqı yeni nəqliyyat və enerji marşrutları axtarışını sürətləndirib. Bu kontekstdə Aİ komissarı Marta Kos tərəfindən səsləndirilən yanaşmalar Brüsselin strateji istiqamətinin aydın konturlarını ortaya qoyub: Avropa artıq alternativ yolları sadəcə əlavə seçim kimi deyil, həyati zərurət kimi qiymətləndirir və bu istiqamətdə konkret addımlar atır.

Bu strategiyanın mərkəzində Orta Dəhliz dayanır. Avropanı Mərkəzi Asiya ilə birləşdirən bu marşrut ənənəvi şimal və cənub yollarının effektivliyini itirdiyi bir dövrdə ön plana çıxıb. Şimal istiqamətində Rusiyadan keçən marşrutların siyasi risklər səbəbilə məhdudlaşması, cənub istiqamətində isə təhlükəsizlik problemləri Orta Dəhlizi geoiqtisadi baxımdan daha cəlbedici edib. Bu, artıq alternativ deyil, Avropanın ticarət və enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib.

Son hadisələr bu yanaşmanın nə qədər əsaslı olduğunu təsdiqləyib. ABŞ ilə İran arasında hərbi gərginliyin artması Yaxın Şərq üzərindən keçən marşrutları faktiki olaraq iflic edib. Bu vəziyyət Avropa və Türkiyədən İran vasitəsilə Mərkəzi Asiyaya yük daşınmasını mümkünsüz hala gətirib. Nəticədə riskli cənub marşrutlarının yerini daha təhlükəsiz hesab edilən Orta Dəhliz alıb və bu da onun praktiki əhəmiyyətini kəskin şəkildə artırıb. Mövcud reallıqda Azərbaycanın rolu xüsusilə güclənib. Marta Kos da bunu xüsusilə vurğulayıb. Şübhəsiz ki, ölkəmiz yalnız enerji ixracatçısı deyil, həm də Avrasiya məkanında əsas tranzit və logistika mərkəzinə çevrilir. Xəzər dənizi üzərindən qurulan əlaqələr və yeni nəqliyyat layihələri Azərbaycanın Orta Dəhlizdəki mövqeyini daha da möhkəmləndirərək onu Şərq ilə Qərb arasında strateji körpüyə çevirir. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya KİV-lərinə müsahibəsində təsdiqləyib. O bildirib ki, Orta Dəhliz Avropanın yeni bazarlara çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Cənubi Qafqaz regionu bu marşrutun ana xəttini təşkil edərək Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Müsahibədə həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də müzakirə olunub. Qeyd edilib ki, uzunmüddətli münaqişədən sonra regionda formalaşan yeni reallıqlar fonunda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmlənməsinə mühüm töhfə verə bilər.

Aİ-nin komissarı da Ermənistanın bu strategiyaya daxil edilməsindən danışıb. Bu, regionda yeni geosiyasi balansın formalaşmasından xəbər verir. Onun nəqliyyat və enerji layihələrinə inteqrasiya etmək cəhdləri iqtisadi maraqlarla yanaşı, həm də siyasi məqsədlərə xidmət edir. Bu yanaşma regional qarşılıqlı asılılığı artırmaqla ümumi sabitliyə nail olmağı hədəfləyir. İnfrastrukturun inkişafı Bakı və İrəvan arasındakı sülh prosesi ilə qırılmaz şəkildə bağlıdır. Avropa İttifaqının qənaətinə görə, iqtisadi əlaqəliliyin genişlənməsi sülhün bərqərar olmasında həlledici amildir və bu səbəbdən tərəflər arasındakı dialoqa dəstək daha da intensivləşdirilir. Avropa komissarı qeyd edib ki, infrastrukturun inkişafı İrəvan və Bakı arasında sülh nizamlanması istiqamətində səylərlə sıx bağlıdır. “Əlaqəlilik həm də sülhə töhfədir”, – deyə o bildirib və Aİ-nin iki ölkə arasında dialoqa dəstəyini artırdığını əlavə edib.

***

Orta Dəhlizin əhəmiyyətini artıran faktorlardan biri də Türkiyə və Gürcüstanın iştirakıdır. Türkiyə bu prosesdə həm tranzit ölkə, həm də strateji tərəfdaş kimi çıxış edir. Onun Avropa ilə Asiya arasında körpü rolu Orta Dəhlizin effektivliyini müəyyən edən əsas amillərdəndir. Xüsusilə Qara dəniz regionunda dəyişən təhlükəsizlik mühiti fonunda Türkiyənin əhəmiyyəti daha da artır. Digər tərəfdən, Gürcüstan bu marşrutun ayrılmaz hissəsi olaraq qalır. Lakin siyasi münasibətlərdəki dalğalanmalar göstərir ki, böyük infrastruktur layihələrinin uğuru yalnız iqtisadi deyil, həm də siyasi uyğunlaşmadan asılıdır.

Orta Dəhlizin əhəmiyyəti qlobal səviyyədə də özünü göstərir. Bu marşrut Çinlə Avropa arasında daha qısa və təhlükəsiz yol təqdim edir. Statistik göstəricilərə görə, 2022-ci ildən region vasitəsilə yük daşımalarının həcmi 4 dəfə artıb və hədəflənən investisiyalar sayəsində 2030-cu ilə qədər bu göstəricinin daha 3 dəfə yüksələcəyi proqnozlaşdırılır. Bu reallıq fonunda Brüssel Cənubi Qafqazı Avrasiyanın yeni əlaqəlilik arxitekturasının mərkəzi kimi görür.

Ekspert Mahir Zeynalov XQ-yə açıqlamasında qeyd etdi ki, müasir beynəlxalq münasibətlər sistemi artıq yalnız siyasi deyil, həm də iqtisadi maraqlar üzərində qurulur: “Təchizat zəncirlərinin qırılması, enerji bazarlarında qeyri-sabitlik və logistika problemləri dövlətləri daha çevik və şaxələndirilmiş strategiyalar formalaşdırmağa məcbur edir. Bu baxımdan Orta Dəhliz kimi layihələr yalnız regional deyil, qlobal iqtisadi dayanıqlılığın təmin olunmasında mühüm rol oynayır: “Antalya platformasında aparılan müzakirələr enerji ixracatçıları və tranzit ölkələr arasında etimadı möhkəmləndirməklə yanaşı, regional sabitliyə xidmət edir. Bu kontekstdə Orta Dəhliz yalnız logistik layihə deyil, həm də mühüm siyasi-iqtisadi sabitlik alətidir. Qlobal ticarət sistemindəki dəyişikliklər fonunda alternativ və təhlükəsiz marşrutların inkişafı iqtisadi təhlükəsizliyin əsas komponentinə çevrilib.

Azərbaycan ardıcıl investisiyalar və infrastrukturun modernləşdirilməsi nəticəsində regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Türk dövlətləri ilə inteqrasiya, birgə maliyyə institutlarının yaradılması və beynəlxalq sazişlər bu marşrutun cəlbediciliyini təmin edir. Mövcud geosiyasi risklər fonunda Azərbaycanın təqdim etdiyi marşrutlar qlobal miqyasda ən etibarlı alternativ kimi ön plana çıxır.

Ölkədəki makroiqtisadi sabitlik və proqnozlaşdırıla bilən siyasət xarici investorlar üçün əlverişli mühit yaradır. Orta Dəhliz boyu yerləşən ölkələrin koordinasiyalı inkişafı regionu qlobal qeyri-müəyyənliklər dövründə etibarlı tərəfdaşlıq və dayanıqlı iqtisadi artım mərkəzinə çevirir”.

Beləliklə, yeni geosiyasi reallıqlar Azərbaycanı regionun əsas logistika qovşağına çevirir. ABŞ–İran münaqişəsi və qlobal ticarət yollarının transformasiyası Orta Dəhlizi yalnız iqtisadi layihə deyil, həm də yeni qlobal nizamın strateji platforması statusuna yüksəldir. Bu çərçivədə ölkəyə yatırılan daxili və xarici investisiyalar, Türk dövlətləri ilə qurulan birgə fondlar və imzalanan beynəlxalq sazişlər dəhlizin cəlbediciliyini artırıb. Ekspertlərin fikrincə, Azərbaycanın makroiqtisadi sabitliyi və proqnozlaşdırıla bilən siyasəti kapitalın bu marşruta yönəlməsində həlledici rol oynayır. Müasir dövrün əsas çağırışı olan etibarlı tərəfdaşlıq fonunda Azərbaycanın nəqliyyat dəhlizləri həm təhlükəsizlik, həm də səmərəlilik baxımından qlobal miqyasda ön plana çıxır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2026 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri