Icma.az
close
up
RU
Azərbaycan regional sabitliyin aparıcı ölkəsidir

Azərbaycan regional sabitliyin aparıcı ölkəsidir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Overçuk isə ölkəmizin qlobal logistik mərkəz olduğunu söyləyib

Rusiya Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınan yüklərin çeşidini genişləndirməyin mümkünlüyünü nəzərdən keçirir. Rusiya Federasiyası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Aleksey Overçuk bunu “Rossiya 24” televiziya kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, taxıldan əlavə, gübrə tədarükü, eləcə də Ermənistandan Rusiyaya geri yük daşımalarının təşkili müzakirə olunur: “Mühüm hadisə baş verdi, biz bunu həqiqətən əhəmiyyətli hesab edirik: Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstandan keçərək Ermənistana getdi. Yəni, 30 ildən çox müddətdə – Ermənistan və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən bəri ilk dəfə olaraq taxıl daşıyan qatar keçdi. Daha sonra Qazaxıstan taxılı daşındı. Hazırda bu nəqliyyat dəhlizindən mineral gübrələr də daxil olmaqla digər növ yüklərin daşınması üçün istifadə imkanları araşdırılır”.

Overçuk, həmçinin bu yaxınlarda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatarın göndərildiyini xatırladıb. Qeyd edib ki, Moskva və İrəvan, eyni zamanda, əks istiqamətdə – Azərbaycan vasitəsilə Ermənistandan Rusiyaya daşımaların təşkili imkanlarını müzakirə edirlər. Baş nazirin müavininin sözlərinə görə, bu cür addımlar yaxın vaxtlara qədər az inandırıcı idi, lakin indi praktik məzmun kəsb etməyə başlayır.

Qeyd edək ki, Rusiya buğdası 2025-ci il noyabrın 5-də axşam, Qazaxıstan buğdası isə noyabrın 8-də Ermənistan–Gürcüstan sərhədindəki “Ayrum” dəmir yolu stansiyasına yetişib. Bunlar Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana, daha sonra isə Ermənistana 35 il ərzində ilk birbaşa dəmir yolu daşımaları idi. Yeri gəlmişkən, onu da bildirək ki, Qazaxıstandan gələn buğda da Rusiya ərazisindən tranzitlə keçib. Dekabrın 18-də isə 2 yanacaq çəninə yüklənmiş 1220 ton Azərbaycan istehsalı Aİ-95 markalı benzin Ermənistana çatdırıldı.

Bu məsələ ilə bağlı bildirmək lazımdır ki, son aylarda regionda baş verən nəqliyyat və logistika prosesləri Cənubi Qafqazın uzun illər bloklanmış iqtisadi-siyasi xəritəsində ciddi dəyişikliklərin başlandığını göstərir. Rusiya Baş nazirinin müavini A.Overçukun Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınan yüklərin çeşidinin genişləndirilməsi ilə bağlı açıqlaması təkcə texniki-logistik məsələ deyil, eyni zamanda, yeni regional davranış modelinin formalaşdığını göstərən mühüm siyasi siqnaldır. 30 ildən çox müddətdə mümkünsüz hesab edilən bir prosesin, yəni Rusiyadan Azərbaycan və Gürcüstan üzərindən Ermənistana birbaşa dəmir yolu daşımalarının reallaşması regionda psixoloji baryerlərin də qırılmağa başladığını sübut edir. Rus və qazax buğdasını daşıyan qatarların bu marşrutla hərəkəti, ardınca mineral gübrələrin daşınmasının gündəmə gəlməsi və nəhayət, Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi faktiki olaraq yeni iqtisadi normaların əsasını qoyur.

Bu prosesdə diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan bütün mərhələlərdə etibarlı, praqmatik və məsuliyyətli tranzit ölkə kimi çıxış edir. İllərlə işğal, münaqişə və düşmənçilik ritorikası fonunda belə, Bakı real siyasəti emosiyalardan üstün tutaraq regional inteqrasiyanı prioritet seçdiyini praktik addımlarla nümayiş etdirir. Ölkəmizin ərazisindən keçən bu yüklər yalnız iqtisadi mallar deyil, həm də qarşılıqlı etimadın daşıyıcısına çevrilir. Rusiya taxılının, Qazaxıstan buğdasının və Azərbaycan istehsalı olan Aİ-95 markalı benzinin Ermənistan bazarına çatdırılması onu göstərir ki, regionda kommunikasiya xətləri artıq geopolitik təzyiq alətindən daha çox iqtisadi əməkdaşlıq vasitəsinə çevrilir. Xüsusilə dekabrın 18-də Azərbaycandan Ermənistana göndərilən 1220 ton benzin simvolik məna daşıyır. Bu, münaqişədən sonrakı dövrdə real iqtisadi qarşılıqlı asılılığın formalaşa biləcəyini göstərən praktik nümunədir. 

A.Overçukun əks istiqamətdə – Ermənistandan Rusiyaya Azərbaycan ərazisi vasitəsilə yük daşımalarının təşkili imkanlarının müzakirə edildiyini deməsi prosesin birtərəfli olmadığını təsdiqləyir. Bu isə Azərbaycanın yalnız tranzit ölkə kimi deyil, regional logistik mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Bakı faktiki olaraq Şimal–Cənub və Şərq–Qərb xətlərinin kəsişməsində yerləşən strateji qovşaq rolunu praktik reallığa çevirir.

Məsələnin digər vacib tərəfi onun sülh gündəliyinə verdiyi töhfədir. Nəqliyyat marşrutlarının açılması, qarşılıqlı yük daşımalarının başlaması tərəfləri obyektiv şəkildə sabitliyə maraqlı edir. İqtisadi maraq siyasi ritorikadan daha güclü motivatora çevrilir. Bu baxımdan, Azərbaycan ərazisindən keçən dəmir yolu xətləri təkcə taxıl vaqonları və benzin çənləri deyil, həm də münaqişədən sonra qurulan yeni münasibət modelini daşıyır. Hazırkı xətt üzrə formalaşan praktiki əməkdaşlıq qarşıdurma ritorikasını tədricən mənasızlaşdırır və gündəlik ehtiyacların siyasətdən üstün olduğunu göstərir. Nəqliyyat təhlükəsizliyi təmin edildikcə, tərəflər arasında etimadın ciddi əsasları yaranır. Region ölkələri anlayır ki, sabitlik pozulduğu anda ilk zərbə məhz ticarətə və sosial rifaha dəyir. Bu reallıq sülhü mücərrəd anlayışdan konkret iqtisadi marağa çevirir. Azərbaycan isə bu prosesdə rasional davranışı ilə sülhün logistikasını quran əsas platforma rolunu möhkəmləndirir.

Onu da qeyd edək ki, rəsmi Bakının bu prosesdə heç bir siyasi şərt irəli sürmədən, beynəlxalq hüquqa və suverenliyə hörmət əsasında hərəkət etməsi ölkəmizin regional liderlik iddiasını sözlə deyil, əməldə sübut etdiyini göstərir. Rəsmi Bakı göstərir ki, sülh yalnız bəyanatlarla deyil, gündəlik iqtisadi qərarlarla möhkəmlənir. Bu yanaşma həm region ölkələri, həm də kənar güclər üçün aydın mesajdır: Cənubi Qafqazda dayanıqlı sabitliyin açarı məhz əməkdaşlıqdır. Beləliklə, Rusiya–Ermənistan yük daşımalarının Azərbaycan ərazisindən keçməklə genişlənməsi bir logistika xəbəri olmaqdan çıxaraq regionun gələcək arxitekturasını formalaşdıran siyasi-iqtisadi prosesə çevrilir. Bu prosesdə əsas qazanan tərəf isə məsuliyyətli davranışı, coğrafi üstünlüyü və rasional siyasəti ilə Azərbaycan olur.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, bu nəqliyyat marşrutlarının bərpası region üçün yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranmasına xidmət edir. Onun sözlərinə görə, ölkəmiz burada açar ölkə rolunu oynayır: “Azərbaycan bununla göstərir ki, tranzit imkanları yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda, siyasi etimad alətidir. Rusiya və Ermənistan arasında yüklərin Azərbaycan ərazisindən daşınması tərəfləri sabitliyə daha çox maraqlı edir, çünki istənilən gərginlik birbaşa iqtisadi itkilərə çevrilə bilər. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan bu prosesdə neytral, lakin təşəbbüskar mövqe tutur. Heç bir təzyiq dili, heç bir şərt siyasəti yoxdur. Bu isə Azərbaycanın regional sülh modelinin mahiyyətini göstərir: qarşılıqlı fayda üzərində qurulan əməkdaşlıq. Ermənistan üçün bu marşrut alternativsizdir, Rusiya üçün isə etibarlı və qısa yoldur. Bu reallıq Azərbaycanın geosiyasi çəkisini daha da artırır”.

Ekspert onu da qeyd etdi ki, uzunmüddətli perspektivdə bu cür daşımalar regionda eskalasiya ehtimalını minimuma endirən iqtisadi bağlar yaradır. Sülh məhz bu cür praktik mexanizmlər üzərindən möhkəmlənir və Azərbaycan bu mexanizmin mərkəzində dayanır.

Səxavət HƏMİD 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri