Icma.az
close
up
RU
“Azərbaycan öz maraqlarını qlobal səviyyədə təmin etməyə müvəffəq olub” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan öz maraqlarını qlobal səviyyədə təmin etməyə müvəffəq olub” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Avropa Siyasi Birliyinin 6-cı sammiti bu dəfə Qərbi Balkanlarda - Albaniyada baş tutdu". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, “Yeni dünyada yeni Avropa” mövzusuna həsr olunmuş zirvə toplantısına Azərbaycan Prezidentinin də qatılması təsadüfi deyil: "Bu, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində həm Şərq, həm Qərb istiqamətində əldə edilmiş uğurların nəticəsidir. Məlum olduğu kimi, bu günlərdə dünyanın iqtisadi nəhəngi olan Çinlə strateji əməkdaşlıq sahəsində birgə bəyanat imzalandı. Eyni zamanda İran prezidentinin Azərbaycana uğurlu səfəri baş tutdu. İki ölkə arasındakı münasibətlərdə artıq yeni səhifənin açıldığını söyləyə bilərik. Azərbaycanın həm də Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımdan önəmi artır. Təsadüfi deyil ki, Azərbaycan 10 Avropa ölkəsinə qaz satır, eyni zamanda ölkəmizin üzərindən keçən Qərblə Şərqi birləşdirən Orta Dəhliz üzrə daşımalar da ilbəil artmaqdadır. Regionda Azərbaycanın müsbət mövqeyi olmadan ciddi transregional layihə effektiv icra olunmur, bunu həm region, həm dünya ölkələri, o cümlədən Avropa dövlətləri də anlayır. Eyni zamanda neokolonializmlə mübarizə, Qlobal Cənub ölkələrinə dəstək kimi qlobal təşəbbüslərin müəllifi kimi Azərbaycan öz maraqlarını qlobal səviyyədə təmin etməyə müvəffəq olur. Bütün tərəfdaşlar Azərbaycanın mövcud imkanlarını, təhlükəsiz və dayanıqlı əməkdaşlıq təkliflərini dəyərləndirməyə çalışır. Bununla yanaşı Rəsmi Bakı qlobal məsələlərin həllində həm də vasitəçilik kimi uğurlu təcrübəyə malikdir. Bütün bu keyfiyyətlər Azərbaycanı beynəlxalq siyasi gündəmin müzakirə edildiyi platformalarda əsas iştirakçıya çevirir.

Öz siyasi, iqtisadi və hərbi gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanın yeni dünya nizamının formalaşması ilə bağlı öz baxışı var. Xatırlatmaq yerinə düşər ki, Avropa Siyasi Birliyinin 2022-ci ilin oktyabrında Praqada keçirilən toplantısında da ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğu xüsusi vurğulanmışdı".

"Tiranadakı zirvə görüşündə əsas diqqət yetirilən məsələlərdən biri çoxtərəflilik oldu ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olub. Dövlət başçımızın da söylədiyi kimi, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə rəsmi Bakı tərəfindən əyani şəkildə nümayiş etdirilib. Yeri gəlmişkən, Tirana görüşündə beynəlxalq ticarət və iqtisadi əməkdaşlığın qarşılıqlı asılılıq yaratmasına, bunun güc və təzyiq alətinə çevrilməsinə diqqət çəkildi. Amma Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün layihələrdə tərəflərə qazan-qazan prinsipi təklif edilir.

Görünən budur ki, Avropa hazırki mürəkkəb geosiyasi şəraitdə özünün dünyadakı nüfuzunun zəifləməsindən narahatdır. Ona görə də etibarlı, proqnozlaşdırla bilən tərəfdaşlara ehtiyac getdikcə artır. Bu xüsusda Azərbaycan ən uğurlu seçimdir" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri