Icma.az
close
up
RU
Azərbaycan mediası öz işini peşəkar formada yerinə yetirir MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan mediası öz işini peşəkar formada yerinə yetirir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamında qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsi dövründə əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Prezidentin Sərəncamında yer tutan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirmək üçün mənbə rolunu oynayır. Sərəncam Azərbaycan mediasının keçmiş fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri ifadə edir". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

O bildirib ki, diqqət yetirsək görərik ki, Azərbaycan mediası öz işini, həqiqətən də, peşəkar formada yerinə yetirir: cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi missiyasını uğurla davam etdirir: "Bununla yanaşı, Azərbaycan mediası həm də vətənpərvərdir, milli təəssübkeşlik hissi yüksəkdir. Son 30 il müddətində cəbhə xəttinə yollanan, Qarabağ həqiqətlərini işıqlandırmaq, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq istəyən 11 nəfər media işçimiz fəaliyyətini yerinə yetirərkən şəhid olub. Onlarla jurnalistimiz fiziki xəsarətlər alıb. Yəni, Azərbaycan jurnalistləri sözü, qələmi ilə informasiya məkanımızı qoruduğu kimi, yeri gələndə canı və qanı bahasına torpaqlarımızın keçiyində dayanır. Bu iki komponentin vəhdətdə olması, Azərbaycan mediasının simasını müəyyən edir.

Peşəkar mediamız eyni missiyanı bu gün də davam etdirir. İnformasiya məkanımızın kənar müdaxilərdən qorunmasında, ictimai rəyin sabit tutulmasında, düzgün istiqamətə yönəldilməsində mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi zamanı dünya mediası Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatları daha çox Türkiyə informasiya agentliklərindən və Türkiyə TV-lərindən alırdılarsa, indi bu tendensiya dəyişib. 2021-ci ildən sonrakı bütün proseslərdə xarici medianın istinadları tamamilə Azərbaycan mediasının üzərinə köklənib.

Hesab edirəm ki, bu nailiyyətlərin əldə edilməsində Azərbaycan dövlətinin, xüsusilə, cənab Prezidentin göstərdiyi qayğı və diqqət mühüm rol oynayır. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və media münasibətlərinin hüquqi mənzərəsini aydınlaşdırır. Yeni qanunu rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir. “Media haqqında” yeni Qanun ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin səlahiyyətlərini müəyyənləşdirmək, haqlarını qorumaq üçün faydalıdır. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün verilən dövlət dəstəyinin həcmi artırılıb. Məlumat üçün bildirək ki, 2009-2020-ci illərdə ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə - qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. Son 3 ildə hər il üzrə 39 xəbər saytı (xəbər portalı) və 17 qəzet redaksiyası olmaqla ümumilikdə 56 media subyektinə maliyyə yardımı ayrılır. Dövlətin verdiyi dəstək ölkədə KİV qollarının paralel inkişafını təmin edir. Azərbaycan media məkanı son 4 il ərzində aparılan çalışmaların nəticəsi olaraq, tərəqqipərvər, ictimai əhəmiyyət daşıyan media məkanına çevrilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri