Icma.az
close
up
RU
Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"19 sentyabr 2023-cü ilin əhəmiyyəti tariximizdə olduqca böyükdür. Bu antiterror əməliyyatı vasitəsilə bir sıra strateji və siyasi hədəflərimizə nail olduq". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.

Onun sözlərinə görə, əvvəla, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış və qəbul olunmuş ərazi bütövlüyünün tam təmin olunması baxımından olduqca əhəmiyyətli bir gün idi. Milli mübarizənin bu istiqamətdə Vətən müharibəsinin yekunu qoyuldu və Azərbaycanın bu müharibədə qələbəsi tam şəkildə təmin olundu, sənədləşdirildi. Həmin gün müharibənin bu mərhələsi başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi: "Eyni zamanda, bu tarix Qafqazda sülhün əsasının qoyulduğu gündür. Ermənistan–Azərbaycan–Dağlıq Qarabağ münaqişəsi rəsmən başa çatdı. Bundan əlavə, bu hadisə Azərbaycan milli hərəkatı və müstəqillik yolunda çox böyük bir mərhələ oldu. Rus ordusunun "sülhməramlı" adı altında Azərbaycan ərazisində mövcud olmasının bütün hüquqi, siyasi və ideoloji əsasları aradan qaldırıldı. Bu ordu guya Qarabağ erməniləri ilə azərbaycanlıların birgə yaşayışını təmin etmək üçün gəlmişdi, amma əsl məqsədi münaqişəni saxlamaq və bölgədə qalmaq idi. 19 sentyabr əməliyyatı ilə bu planlar puç oldu və Rus ordusu Azərbaycan ərazisini tərk etdi.

Ən böyük əhəmiyyətlərdən biri də Azərbaycan ərazisində separatizmin kökünün kəsilməsidir. Artıq orada erməni separatçıları və onların ideoloji bazası yoxdur. Separatizmin gələcəkdə yenidən alovlanması üçün lazım olan "material" tam aradan qaldırıldı.

Bu cür hadisələr yüz ildən bir baş verir. Türkiyənin istiqlal savaşı zamanı necə ki, yunan separatçıları məğlub edildi və Türk dövləti quruldu, bu gün də Azərbaycanın Qarabağda əldə etdiyi nəticə eyni səviyyədə tarixi bir zəfərdir. Əgər separatizmin maddi dayaqları qalardısa, istənilən vaxt – 10, 20, 50 il sonra yenidən problem yarana bilərdi. Amma bu əməliyyat nəticəsində Qarabağ məsələsinə birdəfəlik nöqtə qoyuldu.

Bu hadisənin əhəmiyyətini bəlkə bu gün tam qiymətləndirmək çətindir, amma illər keçdikcə onun tarixi çəkisi daha da aydın olacaq. Əlavə olaraq, bu əməliyyat zərgər dəqiqliyi ilə həyata keçirildi. Heç bir dinc əhali zərər görmədi. Azərbaycanın ordusu həm erməni silahlılarını, həm də onları qoruyan qüvvələri bir əməliyyatla süpürüb atdı. Bu, təkcə bir antiterror əməliyyatı deyil, tarixi bir qələbə, Azərbaycanın tam suverenliyinin bərpa edilməsi və müstəqil siyasətinə qarşı bütün təzyiqlərə cavab oldu".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri