Azərbaycan Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon ABŞ dollarından çox məbləğdə olan layihələri maliyyələşdirir.
525.az bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.
İnvestisiya şirkəti 15 layihənin maliyyələşdirilməsində iştirak edir.
Nazirliyin məlumatına görə, 2025-ci ilin əvvəlindən Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət həcmi 40 % artıb. Bildirilb ki, bu isə tərəflərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atdığı addımların səmərəli olduğunu təsdiqləyir.
Qeyd edək ki, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratovun rəhbərlik etdiyi nümayəndə heyəti Hökumətlərarası Komissiyanın növbəti iclasında və regionlararası forumda iştirak etmək üçün Azərbaycana səfər edib.
L.Kudratov, həmçinin Azərbaycanın iri şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlər zamanı tərəfdaşlığın yeni perspektivli istiqamətləri və birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 İyun 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















