Özbəkistan və Qazaxıstan 4 milyard dollarlıq birgə investisiya layihələri portfeli formalaşdırıb
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistan və Qazaxıstan 4 milyard dollardan çox məbləğdə birgə investisiya layihələri portfeli formalaşdırıb. SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev Almatı şəhərində qeyri-rəsmi görüş keçiriblər.
İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ardıcıl dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib.
"Bütün səviyyələrdə aktiv əlaqələr saxlanılır. Ticarət dövriyyəsinin həcmi ilin əvvəlindən 14 faiz artıb, 4 milyard dollardan çox məbləğdə investisiya layihələri portfeli formalaşdırılıb. Eyni zamanda, regionlararası sıx əlaqələr və mədəni-humanitar mübadilə inkişaf etdirilir", - məlumatda bildirilib.
Dövlət başçıları hər iki ölkənin baş nazirlərinin müavinlərinin qarşılıqlı ticarətin artırılması, elektrotexnika, neft-qaz, toxuculuq, aqrar və digər prioritet sahələrdə aparıcı müəssisələrin əməkdaşlıq layihələrinin genişləndirilməsi üzrə görülən tədbirlər barədə hesabatlarını dinləyiblər.
Prezidentlər uzunmüddətli sənaye əməkdaşlığı proqramının formalaşdırılması, regional əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi üçün konkret tapşırıqlar veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 29 Mart 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















