Icma.az
close
up
RU
Azərbaycan Pakistan elmi mədəni əlaqələri müzakirə olunub

Azərbaycan Pakistan elmi mədəni əlaqələri müzakirə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin və bu ölkənin Milli Elm və Texnologiya Universitetinin (NUST) Siyasət Elmləri İnstitutunun rəhbəri Ashfaque Hasan Khan ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Pakistan elmi-mədəni əlaqələrinin inkişaf perspektivləri, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Elçin Babayev qonaqlara BDU ilə Pakistan ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq, o cümlədən universitetin Şərqşünaslıq fakültəsində urdu dilinin tədrisi barədə ətraflı məlumat verib. Rektor bildirib ki, 2025-ci ilin mart ayında Pakistana işgüzar səfər çərçivəsində NUST Universiteti ilə BDU arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. O, həmçinin yaxın gələcəkdə qarşılıqlı səfərlərin və konkret layihələr üzərində birgə fəaliyyətin hər iki universitet arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Səfir Qasım Mohiuddin Azərbaycan-Pakistan əlaqələrinin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin bu münasibətləri daha da möhkəmləndirəcəyini bildirib.

Ashfaque Hasan Khan NUST Universiteti barədə geniş məlumat verərək qeyd edib ki, universitet Pakistanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, süni intellekt, data analitikası, aerokosmik elmlər, enerji texnologiyaları və informasiya texnologiyaları sahələrində güclü elmi bazaya malikdir.

Görüşün sonunda tərəflər elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılığa gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see285

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see198

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see143

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see140

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see139

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see138

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see138

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see137

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see136

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see132

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see132

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see131

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see130

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see129

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see129

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see129

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see124

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see123

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see122

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri