Icma.az
close
up
RU
Azərbaycan Pakistan mədəni əlaqələri genişlənir

Azərbaycan Pakistan mədəni əlaqələri genişlənir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Pakistanın MUSLİM İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb 

Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun rəhbəri, Cunaqad Ştatının Baş naziri Sultan Əhməd Əli Sahibzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Qonaqlar əvvəlcə muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşüb.

Görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud elmi-mədəni əlaqələrdən, dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub, əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Pakistanın MUSLİM İnstitutu arasında mədəni-elmi əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Daha sonra pakistanlı qonaqlar Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyevanın təqdimatı ilə muzeyin ekspozisiyası ilə tanış olublar. Onlara Azərbaycan ədəbiyyatının klassik irsi, xüsusilə Nizami Gəncəvinin Şərq və İslam dünyası mədəniyyətində tutduğu mövqe haqqında  ətraflı məlumat verilib.

Sonda muzeyin rəylər və təəssüratlar kitabında qeydlər edən Sultan Əhməd Əli Sahibzadə Azərbaycanın gözəlliyindən, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıqdan, xalqımızın qonaqpərvərliyindən söz açaraq, zəngin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə yaxından tanışlıqdan məmnunluğunu bildirib. O, burada gördüyü hər şeyin yaddaşında silinməz izlər buraxdığını vurğulayaraq,  Pakistan və Azərbaycan arasında həqiqi dostluğunun və qardaşlığın əbədi olmasını diləyib.

Qabil YUSİFOĞLU 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri