Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Azərbaycan Pakistan əlaqələri möhkəmlənib ŞƏRH

Azərbaycan Pakistan əlaqələri möhkəmlənib ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu, iki ölkənin münasibətlərində möhkəm təməlin qoyulmasında mühüm addım hesab edilir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuş, Pakistanın Bakıda, Azərbaycanın isə İslamabadda səfirliklərinin açılması siyasi dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında siyasi əlaqələr bu gün yüksək səviyyədədir. Ən yüksək səviyyədə mütəmadi olaraq görüşlər və səfərlər keçirilir ki, bu da əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini artırır. Xüsusilə, ötən il Azərbaycan Prezidentinin Pakistana dövlət səfəri ikitərəfli əməkdaşlıqda əlamətdar hadisə oldu. Ümumiyyətlə, qarşılıqlı səfərlər siyasi dialoqun yüksək səviyyədə olduğunu və tərəflərin əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı marağını göstərir. Son illərdə siyasi-iqtisadi, müdafiə, nəqliyyat, enerji, mədəniyyət və digər sahələrdə əldə edilən nailiyyətlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da genişləndiyini göstərir.

Fevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq müstəvisində qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Səfər çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahələrində birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə mühüm addımların atılmasına, iki ölkə arasındakı əlaqələrin gələcəkdə daha da dərinləşməsinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə yol açacaqdır. Liderlərin səsləndirdiyi bəyanatlardan da aydın oldu ki, Bakı və İslamabad bundan sonra da ikitərəfli münasibətləri inkişaf etdirmək və iqtisadi əlaqələri gücləndirmək istəyindədir. Məlumdur ki, Pakistanla Azərbaycan beynəlxalq münasibətlərin bütün məsələlərində də bir-birini dəstəkləyir. Ən əsası, ərazi bütövlüyü və suverenlik məsələsində qarşılıqlı dəstək mövcuddur. Prezident İlham Əliyev də bəyan etdi ki, Bakı ilə İslamabad beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edir, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqe və baxışlar tam üst-üstə düşür. Eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması da əsas hədəflərdən biridir. Ötən il Azərbaycan Prezidenti Pakistanda dövlət səfərində olarkən Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planını bəyan etmişdi. Artıq infrastruktur, eləcə də energetika daxil olmaqla müxtəlif sahələri əhatə edən konkret layihələr var və tərəfələr qarşıdakı aylarda əməkdaşlıqla bağlı razılaşmalar planlaşdırır. Pakistan Baş nazirinin ölkəmizə dövlət səfəri zamanı imzalanan 10-dan artıq sənəd isə gələcək əməkdaşlıq üçün effektiv bünövrə yaratdı.

Hər iki dövlət beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bir-birini dəstəkləyir. Pakistan ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıyır, həmçinin Ermənistanın təcavüzü ilə bağlı beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərdən biridir. Pakistan Ermənistanı rəsmi olaraq tanımayan ölkələrdəndir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq iki ölkə arasında tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan artıq Pakistan istehsalı olan bir sıra müdafiə avadanlıqlarını əldə etmiş və onların keyfiyyətindən razılığını ifadə edib. Görüşlər zamanı müdafiə sənayesi məhsullarının birgə istehsalı məsələsi də müzakirə olunmuş, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılıb. Müdafiə sənayesində birgə istehsalın qurulması həm iki ölkənin hərbi potensialını artıracaq, həm də ixrac imkanlarını genişləndirəcəkdir. Azərbaycan və Pakistanın beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi iki ölkə üçün əhəmiyyətli logistik imkanlar yaradır. Həmçinin, sözügedən səfər çərçivəsində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində əməkdaşlıq, yükdaşımaların artırılması və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycanın bu dəhlizlərdə iştirakının regional sabitlik və iqtisadi inkişaf baxımından önəmli olduğu vurğulanıb. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı iki ölkənin Avrasiya bazarlarına çıxışını asanlaşdıracaq. Fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Pakistanın bir sıra enerji şirkətləri arasında ümumilikdə 5 Anlaşma Memorandumu və Çərçivə Sazişi imzalanıb. Azərbaycan ilə Pakistan arasında humanitar sahədə də sıx əlaqələr mövcuddur. Heydər Əliyev Fondu Pakistanda bir sıra xeyriyyə və humanitar layihələr həyata keçirmişdir. İki ölkənin universitetləri və tədqiqat mərkəzləri arasında əməkdaşlıq protokolları da imzalanmışdır.

İmzalanmış sazişlər əsasında qarşıdakı aylarda iqtisadi əməkdaşlıq daha da dərinləşəcək. Tərəflər bir ay ərzində layihələri yekunlaşdırıb, aprel ayının əvvəlinədək sənədlərin imzalanmasını planlaşdırır. Əməkdaşlıq enerji, kənd təsərrüfatı, müdafiə, logistika və təhsil sahələrini əhatə edəcək.

Azərbaycan-Pakistan əlaqələri qarşılıqlı hörmət və dəstəyə əsaslanır. İki ölkənin liderləri tərəfindən irəli sürülən təşəbbüslər strateji tərəfdaşlığın bütün sahələrdə inkişafına təkan verir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri