Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin ilk rübündə Azərbaycan xarici ölkələrdən 93,2 ton pambıq liflərindən hazırlanan və əsasən tibbi məqsədlər üçün istifadə olunan pambıq (vata) idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən alınan pambığın (vata) bir kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,3 manat) olub.
Qeyd edək ki, Azərbaycan tibbi məqsədli pambığı əsasən Türkiyə (45,1 ton), Türkmənistan (17,3 ton), Çin (11,3 ton) və Rusiyadan (8,9 ton) idxal edir.
Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda bu ölkələrə xam pambıq – daranmaya məruz qalmayan pambıq lifi ixrac edir. Bu ilin ilk 3 ayında Azərbaycan Türkiyəyə 24,8 min ton, Türkmənistana isə 1,3 min ton pambıq lifi satıb. İxrac olunan pambıq lifinin bir kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycan xam pambığı xarici ölkələrə 2,5 manata satır, daha sonra həmin ölkələrdən təmizlənmiş və təzyiqlə sıxılmış tibbi məqsədli pambıq (vata) alır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır
20 May 2025 09:43
Azərbaycan “Aİ 92”ni Türkiyəyə 70 qəpiyə satıb
14 Avqust 2025 15:30
Azərbaycan mis tullantılarını Türkiyəyə 7 000, Gürcüstan isə 8 400 dollara satıb
30 Oktyabr 2025 11:05
Azərbaycan xiyarı Rusiyaya 1,75, Ərəbistana isə 29,6 manata satıb
22 Dekabr 2025 13:15
Macarıstan Türkiyəyə 600 at satıb
08 Dekabr 2025 21:00
Baxış sayı:106
Bu xəbər 21 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















