Icma.az
close
up
RU
Azərbaycan polisi deyir, avropalı sürücülər əməl edir

Azərbaycan polisi deyir, avropalı sürücülər əməl edir

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropada əhalinin sürətlə yaşlanması sürücülük hüququnun müddəti ilə bağlı məsələnin aktuallaşmasına səbəb olub. 

Avtosfer.az xəbər verir ki, Avropa İttifaqı ölkələrində sürücülük hüququ ilə bağlı yaş senzi müəyyən edilməyib. Lakin, bütün ölkələrdə yaşlı sürücülər üçün tibbi müayinə məcburidir.

Məsələn, İspaniyada 65, Danimarkada 70, İtaliya və Niderlandda isə 75 yaşdan sonra sürücülər hər 5 ildə 1 dəfə həkim müayinəsindən keçməklə sürməyə davam edə bilərlər. Lakin komissiyadan keçmək 5 il arxayın sürmək anlamına gəlmir. Bir çox ölkədə vahid məlumat bazası olduğu üçün əhalinin tibbi müayinəsi zamanı əldə edilən nəticələr bazaya yüklənir. Polisin də bu bazaya çıxışı olduğundan məlumatlar periodik yoxlanılır. Məsələn, hesab edək ki, 75 yaşlı sürücü tibbi müayinədən uğurla keçdikdən 1 ay sonra infarkt keçirib, yaxud eşitmə qabiliyyəti zəifləyib. Bu zaman polis sözügedən vətəndaşın sürücülük vəsiqəsini əlavə tibbi komissiya olmadan ləğv edir. 

İndi isə Avropa Komissiyası vahid sistem yaratmaq istəyir: yəni, yaşlı sürücülər üçün müayinələri intensivləşdirmək və bütün ölkələrdə eyni yaş senzinin qoyulması tələb edilir.

Komissiya ekspertlərinin Aİ-yə üzv ölkələrdə apardığı araşdırma maraqlı faktı aşkara çıxarıb. Məlum olub ki, yaşlı sürücülər cavanlara nisbətən daha az qəza törədirlər. Bunun da səbəbi onların sürət limitinə daha ciddi əməl etməsi, yola çıxarkən spirtli içki qəbul etməməsi gecə vaxtı və ya əlverişsiz havada yola az çıxmalarıdır. Bundan başqa, yaşlı sürücülər uzaq yola çıxdıqda saatlarla sükan arxasında oturmur, daha tez-tez fasilə verirlər. Sonuncu amil sürücünün diqqətini toplamasına imkan verir.

Maraqlı budur ki, Avropada yaşlı sürücülərin əməl etdikləri qaydaları Azərbaycanda yol polisi demək olar hər ay xatırladır. Başqa sözlə, DYP-nin tövsiyələrli ilə avropalı qocaların davranışı üst-üstə düşür. Nəticədə ağır qəzaların sayı azalır.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see645

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see354

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see268

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see267

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see248

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see200

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see199

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see198

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see197

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see191

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see188

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see182

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see178

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see169

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see168

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see163

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see160

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see159

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri