Azərbaycan Prezidenti: ABŞ la strateji tərəfdaşlıq formatı bir çox sahələri əhatə edir
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycan və ABŞ strateji tərəfdaşlıq yolunda irəliləyir.
525.az APA ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, yaxın aylarda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiya" hazırlanacaq:
“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. ABŞ-la strateji tərəfdaşlıq münasibətləri çox böyük imkanlar yaratmaqla yanaşı, ciddi məsuliyyət də daşıyır. Bu format bir çox sahələri qarşılıqlı investisiyalar, ticarət, enerji, tranzit, süni zəka, müdafiə sahəsində mübadilə, terrorçuluğa qarşı mübarizə və digər istiqamətləri əhatə edir. Bütün bu sahələrdə böyük perspektivlər var. Buna görə də Azərbaycan üçün həm inkişaf, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından geniş imkanlar açılır.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Avqust 2025 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















