Azərbaycan prezidenti Ərdoğana başsağlığı verdi
Icma.az, Aznews.az saytına istinadən bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığında deyilir:
Hörmətli cənab Prezident, əziz Qardaşım.
Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
AzNews.az

Prezident Ərdoğana başsağlığı verdi
05 Fevral 2025 14:42
Tokayev Ərdoğana başsağlığı verdi
22 Yanvar 2025 21:01
Gürcüstan prezidenti Ərdoğana başsağlığı ünvanladı
21 Yanvar 2025 20:11
İlham Əliyev Ərdoğana başsağlığı verdi
21 Yanvar 2025 17:34
Azərbaycan lideri Ərdoğana zəng ETDİ
10 Dekabr 2024 17:50

