Icma.az
close
up
RU
Palata sədrindən deputata cavab: Bu il də belə olacaq

Palata sədrindən deputata cavab: Bu il də belə olacaq

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Siz 10 il əvvəl də, 5 il əvvəl də bildirmisiniz ki, pozuntuların xüsusi çəkisi büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır. Hesab edirik ki, elə bu il də belə olacaq”.

"Unikal" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Əli Məsimlinin sualına cavab olaraq bildirib.

“Gələn ilin hansı formada dəyişib-dəyişməyəcəyinin proqnozunu verə bilmərik. Ən böyük məsələlərdən biri büdcə prosesini tənzimləyən hüquqi bazanın dəyişilməsinə, yenilənməsinə ehtiyac var. İkincisi isə, fiskal intizamın zəifləməsi müşahidə edilir. Bunun əsas səbəblərindən biri isə yeni hüquqi bazanın olmaması, köhnənin isə mövcud fəaliyyəti tam tənzimləyə bilməməsindən irəli gəlir. 2024-cü ildə yeni satınalmaların bəzilərinə baxdıq, onlarla bağlı müəyyən təhlilləri hesabata salmışıq. Satınalmaların əksəriyyəti 2024-cü ilə qədər köhnə qanunu əhatə edirdi. 2024-cü il yeni bitib. Yeni qanun tətbiqi ilə bağlı çalışacağıq ki, 2025-ci ilin mayında yeni qanunun üstünlükləri əvvəlki müqayisəsi barədə analtik təhlil təqdim edək”, - deyə sədr bildirib.

Qeyd edək ki, deputat Əli Məsimli çıxışında söyləyib ki, aparılan auditlərə əsasən, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir: "Bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belədir. Niyə kifayət qədər tövsiyyələr qəbul olunur, amma bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür", - deyə deputat bildirib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri