Icma.az
close
up
RU
Lenin və Stalin imzaladığı “Dekret 13” Qafqazın fəlakəti

Lenin və Stalin imzaladığı “Dekret 13” Qafqazın fəlakəti

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

...Hələ 1917-ci il dekabrın 18-də Lenin Stepan Şaumyanı Qafqaz Fövqəladə Komissarlığına təyin etmişdi. Bu komissarın vəzifələrini yaxşı təsəvvür etmək üçün XKS Sədri Lenin, Millətlər Komissarı Stalin bir dekret imzalamışdılar. Qafqazın fəlakətində böyük payı olan və “Dekret 13” adıyla məşhur bu dekreti aşağıda eynən veririk:

Xalq Komissarları Soveti rus ordusu tərəfindən işğal edilmiş Türkiyə Ermənistanında erməni xalqının tam istiqlalını elan etmək dərəcəsinə qədər təyini-müqəddərat haqqını müdafiə edəcəyini bütün erməni xalqına elan edir.

Xalq Komissarları Soveti bu haqqın tətbiqi üçün bütün erməni xalqının sərbəst səsvermə ilə milli iradə təsbit edilincəyə qədər bəzən köməkçi tədbirlərə əl atmağı lazım bilir və köməkçi tədbir olmaq üzrə bunları qırara alır:

Türkiyə Ermənistanını işğal etmiş rus ordusunu dərhal çıxararaq o məntəqələrdə şəxsi təhlükəsizlik və ictimai asayişin təmin edilməsi üçün erməni xalq milis qüvvələri yaradılmalıdır. Türkiyə bayrağına xəyanət edərək düşmən tərəfinə keçmiş ermənilərlə digər ölkələrdə yaşayan erməni mühacirlərin maneəsiz şəkildə Türkiyə Ermənistanına geri qayıtmaları təmin edilməlidir. Ümumi hərb zamanı Türkiyə hökuməti tərəfindən zorla Türkiyənin daxili vilayətlərinə sürülmüş ermənilərin maneəsiz şəkildə Türkiyə Ermənistanına gətirilmələri təmin edilməlidir. Xalq Komissarları gələcəkdə Türkiyə ilə aparılacaq sülh müzakirələrində bu məsələ üzərində israr edəcəkdir. Demokratik əsaslarla seçiləcək Erməni Xalq Komissarlar Soveti ilə Erməni Komitəsi Türkiyə Ermənistanının müvəqqəti idarəsini təşkil etməlidir.

Birinci, ikinci maddələrdəki qərarların həyata keçirilməsi üçün Türkiyə Ermənistanı əhalisinə hər cür kömək göstərmək və Türkiyə Ermənistanındakı rus ordusunu çıxarmaq məqsədilə məhəlli komisyalar yaratmaq kimi vəzifələr Qafqaz İşləri Üzrə Müvəqqəti Fövqəladə Komissar Stepan Şaumyana tapşırılır.

Qeyd:

Türkiyə Ermənistanının coğrafi sərhədləri erməni xalqının demokratik əsaslarla seçiləcək nümayəndələri tərəfidən qonşu ölkələrlə mübahisəli məntəqələrin müsəlman və digər əhalisi ilə anlaşmaq surətilə Qafqaz Fövqəladə Komissarının iştirakı ilə təyin olunacaqdır.

Xalq Komissarları Sovetinin sədri – Ulyanov Lenin

Xalq Millətlər Komissarı – Cuqaşvili Stalin”.

Rus çarlarının yolu ilə gedən Lenin Böyük Ermənistan vasitəsilə Aralıq dənizinə, Hind okeanına çıxacaq, Avropa kapitalistlərinin öz müstəmləkələrinə gedən yollarını kəsmək surətilə dünya inqilabı yaradacaqdı. Böyük Ermənistan bu məqsədlə ona çox lazım idi. Ancaq bunun üçün Qafqaz hərəkət bazası halına gəlməli idi. Qafqaz sovetləşdirilməli idi. Halbuki “Müsavat” firqəsinin nüfuz və təsiri ilə Qafqaz müstəqil olur, Rusiya ilə bütün əlaqəsini kəsərək Türkiyə ilə dost olmağa çalışırdı. Buna görə də hər şeydən əvvəl Qafqazda, xüsusilə Azərbaycanda milli, istiqlal hərəkatlarını aradan qaldırmaq lazım gəlirdi. Halbuki Qafqazda artıq rus hakimiyyətini qoruyacaq bir rus ordusu, rus təşkilatı qalmamışdı. Şaumyanın Tiflisinqilab təşəbbüsü nəticə verməmiş, gürcü əsgərini Seym əleyhinə qaldıra bilməmişdi. Bundan sonra Şaumyan öz qərərgahıBakıya köçürmüşdü. Burada şərait əlverişli idi. Şəhərdə cəbhələrdən qayıtmış və evlərinə getməyə hazırlaşan 20-25 minlik silahlı erməni, rus əsgəri qüvvəsi vardı. Bundan başqa Xəzər dənizində rus hərbi donanması, Bakının neft mədənlərində rus, erməni fəhlələri vardı. Şaumyan bu qüvvələrə arxalanaraq martın 31-də qırğına başladı və üç gün-üç gecə davam edən və 15 min silahsız, günahsız Türkün ölümü ilə nəticələnən bu qırğın zamanı Bakı havadan, dənizdən, qurudan bombardman edildi, məscidlər dağıdıldı, maarif, mədəniyyət müəssisələri, mətbəə, teatr, məktəb, kitabxanaya od vurularaq yandırıldı. Bu, Leninin aşağıdakı sözlərinə tam müvafiq idi. Lenin demişdi:

“Siz ey məscidləri çar hökuməti tərəfindən dağıdılan Zaqafqaziya Türk və tatarları. Bundan sonra milli və mədəni müəssisələriniz azad və toxunulmaz elan edilir. Milli həyatınızı istədiyiniz kimi qurun. Hətta istəsəniz Rusiyadan ayrılın”.

...Azərbaycan Türkünün böyük inqilab tərəfindən təyin-müqəddərat haqqından istifadəyə qalxdığını bolşeviklər Bakı küçələrini qanlara qərq etməklə boğmaq və “İsmailiyyə” binasında yıxılan hürriyyət məşəlini o möhtəşəm binanın külləri altında söndürmək istədilər.

Mənbə : “Milli Azərbaycan hərəkatı” – Mirzə Bala Məmmədzadə

Bakı - 1992

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri