Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin beynəlxalq şəraitin sağlamlaşdırılmasına xidmət edən fəaliyyətləri ŞƏRH

Azərbaycan Prezidentinin beynəlxalq şəraitin sağlamlaşdırılmasına xidmət edən fəaliyyətləri ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan bu günə qədər dünyanın 25 ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri barədə sənəd imzalayıb. Bu dövlətlərdən bəziləri ilə isə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında beynəlxalq müqavilə imzalanıb. Bu dövlətlər arasında yer alan qardaş Qazaxıstan ilə hələ 2005-ci ildə münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılmışdır. İndiyədək iki ölkə arasında yaradılan hüquq-müqavilə bazası 180-dən çox sənədə əsaslanır.

Bu fikirlər Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin “Azərbaycan Prezidentinin beynəlxalq şəraitin sağlamlaşdırılmasına xidmət edən fəaliyyətləri” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Bu kontekstdə Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfərinin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi rəmzi məna daşımaqla yanaşı, həm də strateji əhəmiyyətə malikdir. Qazaxıstan Prezidenti Tokayevin Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə və sülh gündəliyinə verdiyi yüksək qiymət xüsusi ilə diqqəti cəlb edir.

Belə ki, dövlət səfəri çərçivəsində qardaş Qazaxıstanın dövlət başçısının həm protokol nöqteyi-nəzərindən, həm də imzalanan sənədlərin məzmunu və ikitərəfli münasibətlərin əhəmiyyəti baxımından mətbuata verdiyi açıqlamaları, eləcə də Dövlətlərarası Ali Şuranın mətbuata açıq hissəsində səsləndirdiyi bəzi fikirlər bunu aydın şəkildə təsdiqləyir: “İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır.”

Nəzərə alsaq ki, diplomatiyada hər sözün və ifadənin öz çəkisi var və bu ifadələrin müəllifi peşəkar diplomatdır, müstəqil Qazaxıstanın diplomatik xidmət orqanlarının formalaşması həm də onun fəaliyyəti ilə bağlıdır. Prezident Tokayev 10 il ölkəsinin xarici işlər naziri olub, 2007-2011-ci illərdə BMT Baş katibinin müavini kimi beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanıb. Ona görə də qardaş ölkənin dövlət xadiminin Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə verdiyi dəyər, həm də Qalib Azərbaycana münasibətdə yüksək ehtiramın ifadəsidir.

Prezident Tokayevin Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq platformalarda təqdir olunan sülh gündəliyinə və sülh təşəbbüslərinə verdiyi yüksək qiymət də diqqəti çəkir. Belə ki, K.J.Tokayev Prezident Əliyevin fəaliyyətini və gördüyü işləri “həm öz dövlətinizin rifahı naminə, həm də əlbəttə ki, beynəlxalq şəraitin sağlamlaşdırılması üçün” xidmət kimi xarakterizə etmişdir. Beynəlxalq şəraitin sağlamlaşdırılması dedikdə ilk növbədə 30 illik işğala son qoyulması, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, beynəlxalq hüququn pozulmuş prinsiplərinin, ərazi bütövlüyü və suverenliyin bərpası, beynəlxalq tanınmış sərhədlərinin toxununlmazlığı təmini başa düşülür.

Orta Dəhliz vasitəsi ilə strateji əhəmiyyətli və məhdud resursların

Avropa bazarına tədarükündə Qazaxıstan-Azərbaycan əməkdaşlığı

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində əsas müzakirə mövzularından biri də Orta Dəhlizin, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun işinin intensivləşdirilməsi ilə bağlı olmuşdur. Bəzi strateji əhəmiyyətli xammal və qiymətli metalların bu marşrutla, Azərbaycanın yaratdığı nəqliyyat infrastrukturu vasitəsi ilə ixracı səfərdə əldə olunan vacib nəticələrdən sayılır. Belə ki, Prezident Tokayevin bundan sonra Qazaxıstanda istehsal olunan uranın həm də Azərbaycan üzərindən ixracının həyata keçirilməsi təklifi Orta Dəhlizin bir daha strateji əhəmiyyətinin artmasını göstərir. Nəzərə alsaq ki, Qazaxıstan bu gün dünyada istehsal olunan uranın 40 faizini verir. Amerika Birləşmiş Ştatlar özünün urana olan tələbatının 25 faizə yaxının buradan idxal edir, məsələnin ciddiliyi və aktuallığı daha da aydınlaşır.

Məsələ həm də ona görə aktuallıq qazanır ki, car il oktyabr ayının əvvəlindən Çin Xalq Respublikası nadir torpaq elementləri və batareya istehsalı üçün vacib materialların Avropa İttifaqına ixracına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Problemin mahiyyəti odur ki, Avropa İttifaqı ölkələri onlara strateji təyinatlı sənaye məhsullarının istehsalında lazım olan nadir torpaq elementlərinin əksər hissəsini məhz Çindən idxal edirlər. Məsələn təkcə Almaniyanın bu sahədə, xüsusi ilə maşınqayırma sahəsində tələb olunan qiymətli metallardan Çindən asılılığı 2014-cü ildəki 32 faizdən 10 il sonra, 2024-cü ildə 60 faizi keçmişdir.

Belə vəziyyətdə Avropa dövlətləri alternativ mənbələr axtarışında aktiv fəaliyyətə başlayıblar. Potensial tərəfdaşlar arasında Avstraliya, Kanada, Çili, eləcə də Qazaxıstan, Özbəkistan və Ukrayna ilk sıralarda yer alır. Avropa ittifaqı bu ölkələrdən nadir torpaq elementlərini idxal etməyə və indiyiqədərki idxalı güncləndirməyə çalışacaq.

Vəziyyət gərginləşdiyindən Avropa Komissiyasının Prezidenti Pekini nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyətləri sərt tənqid edib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ötən həftə Avropa İttifaqının Çin mənşəli strateji xammaldan asılılığını azaltmaq üçün yeni plan üzərində işlədiyini açıqladı.

Avropa İttifaqı bəzi xammalın, qiymətli metalların Mərkəzi Asiyadan ixracında çox maraqlıdır. Aİ-nin sənaye dövlətləri, Almaniya, Fransa Qazaxıstan və Özbəkistandan xüsusi ilə hərb sənaye, maşınqayırma sahələrində ciddi ehtiyac duyduğu qiymətli metalların və digər xammalın sabit, alternativ yollarla idxalında maraqlıdır. Bu sahədə tələb olun 39 müxtəlif qiymətli metalın 9 növü Avropa ərazisində kritik həddə çatışmazlığı barədə ciddi narahatlıq NATO və Aİ tərəfindən hələ aylar əvvəl bəyan edilib.

Avropa İttifaqının Mərkəzi Asiya ilə münasibətlərində də intensivləşmə müşahidə olunur. 2025-ci ilin aprelində Səmərqənd Sammitindən sonra Brüssel “Global Gateway" (Qlobal keçid) təşəbbüsü çərçivəsində Mərkəzi Asiya ölkələrində investisiya qoyuluşuna, eləcə də nəqliyyat infrastrukturunun inkişafına yatırıma başlayıb və 2030-cu ilədək bu rəqəmin 12 milyard avro təşkil edəcəyi Səmərqənd sammitində açıqlanmışdı.

Prezident Tokayevin Prezident İlham Əliyevin Astana səfəri zamanı bundan sonra uranın həm də Azərbaycan üzərindən ixracının həyata keçirilməsi təklifi Orta Dəhlizin bir daha strateji əhəmiyyətinin artacağını təsdiqləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri