Tehran küncə sıxışdırılır: Trampın növbəti addımı nə olacaq?
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrandakı etiraz dalğası rəsmi açıqlamalara görə səngisə də, vəziyyət hələ də stabil deyil. Bu daxili böhran fonunda Vaşinqtonla Tehran arasında hərbi ritorika sürətlə artır və bu, region üçün yeni bir “təhlükə pəncərəsi” açır.
Trampın “qətiyyətli” ritorikası: Vaşinqtonun təzyiq strategiyası
Bu hərbi ritorika Prezident Donald Trampın Davosdakı çıxışı və sonrakı açıqlamaları səsəb olub. Belə ki, Trampın İrana qarşı hərbi variantın masada olması, ABŞ-ın bölgəyə böyük dəniz donanması göndərməsi, “hər an hərəkətə keçə bilərik” kimi açıqlaması Tehran üçün ciddi mesajdır.
İrana qarşı təzyiqin davam edəcəyi təqdirdə, Tramp “müharibə istəmirik” deyərkən, eyni zamanda “zərbə endirməyə hazırıq” ifadəsi ilə təhdid dilini gücləndirir.
Bununla da Xameneiyə “onlar bizim nə gözlədiyimizi yaxşı bilirlər” mesajını verməklə Tramp, İrana qarşı nüvə obyektlərinə hücum kimi radikal variantların hələ də gündəmdə olduğunu xatırladır.
Bu ritorika Tehran üçün iki cəhətdən təhlükəlidir. Birincisi, daxili siyasi legitimliyi daha da sarsıdır; ikincisi, regionda müttəfiqlərinə və müxalif qüvvələrə “milli təhlükəsizlik” xəttini əsaslandırmaq imkanı yaradır.
Hərbi-psixoloji təzyiq: ABŞ donanması ilə “blokada” strategiyası
ABŞ-ın Hind Okeanı ətrafında donanma yerləşdirməsi Tehrana qarşı hərbi-psixoloji təzyiqin bir hissəsidir. Bu strategiyanın məqsədi İranı özünü “küncə sıxışdırılmış” hiss etdirərək danışıqlara məcbur etmək, neft ixracına məhdudiyyətlər və blokada ilə iqtisadi çöküşü sürətləndirmək, Tehranı “seçim” qarşısında qoymaq: ya güzəşt, ya da daha sərt cavab.
Bu təzyiqin uğurlu olub-olmaması, Tehranın daxili vəziyyətinə və region ölkələrinin reaksiyasına bağlıdır. Əgər Tehran “güzəşt” etməzsə, ABŞ sanksiyaları və blokadanı daha da sərtləşdirə və bu da öz növbəsində İran iqtisadiyyatını tam iflasa gətirib çıxara bilər.
Tehranın “sərt cavab” ritorikası və regionu hədələmə siyasəti
Trampın hərbi təhdidinə İranın reaksiyası kəskindir və iki əsas mesajı daşıyır. Birincisi, hərbi hücum cavabsız qalmayacaq. İran rəsmilərinin “hər hansı hücumu genişmiqyaslı müharibə hesab edəcəyik” açıqlaması, Tehran üçün “dəyərli” olanın yalnız nüvə obyektləri deyil, həm də regionda ABŞ-ın hərbi bazalarıdır. İkincisi, region ölkələrini də hədəf göstərməklə İranın “müharibə regiona yayılacaq” mesajı, həm ABŞ-a, həm də region ölkələrinə yönəlikdir. Bu, Tehran üçün “daha geniş təsir” strategiyasıdır. Bu strateji gedişin məqsədi, Tehranın “təkbaşına” qarşı durmadığını, regionda ciddi rol oynayan bir güc olduğunu göstərməkdir. Eyni zamanda, bu mesaj ABŞ-ın “blokada və sanksiya” strategiyasını ətraf ölkələrin dəstəyi olmadan həyata keçirməsini çətinləşdirir.
Regional təhlükəsizlik: Qafqazdan Hind Okeanına qədər risk
İranla ABŞ arasında hərbi toqquşma ehtimalı yalnız Yaxın Şərqi deyil, həm də Qafqaz, Mərkəzi Asiya və Hind Okeanı regionunu risk altına qoyur. Bu riskin səbəbi sadədir. İranın strateji mövqeyi və enerji resursları, regionun bütün əsas tranzit və təhlükəsizlik xəttinə təsir edir.
Bu mənada, İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin verdiyi mesajın əhəmiyyəti böyükdür. Tehran “hücum olarsa, sərhədlər aşacaq” deyərək, region ölkələrini “müharibə dalğası”na hazırlamaq məqsədi güdür. Bu, həm də ABŞ-ın hərbi əməliyyatlarına qarşı regionun “daha böyük qiymət” ödəyəcəyini göstərmək üçün bir mesajdır.
Sanksiyalar və iqtisadi təzyiq: Tehran üçün “ikinci müharibə” cəbhəsi
ABŞ-ın İran neftinin daşınmasında iştirak edən şirkət və gəmiləri sanksiya siyahısına salması, Tehran üçün “ikinci müharibə” deməkdir. Bu sanksiyalar İranın valyuta gəlirlərini kəskin azaltmaq, xarici investisiyanı məhdudlaşdırmaq, daxili bazarda qıtlıq və qiymət artımını sürətləndirmək məqsədi daşıyır.
Bu təzyiqin uzunmüddətli nəticəsi isə Tehranın daxili iqtisadi sabitliyini daha da sarsıdır və rejimin daha sərt siyasətə keçməsinə səbəb olur.
İranın siyasi elitasında parçalanma: “həll yolu” kimi dialoq zərurəti
Yaranmış vəziyyət İran siyasi elitasında parçalanmaya səbəb olur. Prezidentin bəyanatları, xarici işlər nazirinin müavininin sərt ritorikası və təhlükəsizlik strukturlarının sərt mövqeyi bir arada göstərir ki, Tehran həm daxili, həm də xarici siyasətdə yeni balans axtarışındadır.
“Hərbi əməliyyat” ehtimalı hələ də masadadır
Hazırkı gərginlikdə ən təhlükəli məqam odur ki, Vaşinqton və Tehran arasında ritorika “psixoloji müharibə” səviyyəsindən “real hərbi əməliyyat” səviyyəsinə keçə bilər. Beləliklə, İran böhranı artıq sadəcə daxili problem deyil. Bu, qlobal güclər arasında yeni bir toqquşma ssenarisinin əsas mənbəyi olaraq regionu daha böyük riskə sürükləyir. Hər iki tərəfin təzyiq və təhdid dili artırsa da, ən real ssenari hələ də dialoq və diplomatiya yolu ilə gərginliyin yüngülləşdirilməsidir. Əks halda, bu “söz savaşı” qısa müddətdə real hərbi qarşıdurmaya çevrilə bilər. Bu da nəticə etibarlı ilə İrana yaxşı heç nə vəd etmir. Müharibə ehtiamlı reallaşarsa, indiki reallıqda İran ən azı iqtisadi cəhətdən uzunmüddətli müharibə aparmaq gücünə malik deyil. Tehran sadəcə əlində olan raket və dronlardan istifadə edə bilər ki, bunun da əks cavabı İran üçün dağıdıcı olar.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 26 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















