Icma.az
close
up
RU
Bazarlarda qırmızı turşular Qida üçün qadağan edilən bu boyalar xərçəng riski yaradır

Bazarlarda qırmızı turşular Qida üçün qadağan edilən bu boyalar xərçəng riski yaradır

Icma.az, Olke.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bazarlarda satılan kələm turşularının rənginin qırmızı olması üçün süni boyalardan istifadə edildiyi iddia olunur. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Paylaşılan videolarda bildirilir ki, kələm turşusunun daha tez yetişməsi və qısa müddətdə qırmızı rəng alması üçün İrandan gətirilən xüsusi boya maddəsi istifadə olunur. İddialara görə, bu maddənin təsiri ilə kələm cəmi üç gün ərzində hazır turşu formasını alır.

Bəs bu tip süni boyaların insan orqanizminə təsirləri nələr ola bilər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib ki, bazarda satılan kələm turşusunun qırmızılığını təmin etmək üçün İrandan gətirilən boya qatıldığı iddiasını əsaslandırmaq üçün laborator analizə ehtiyac var.

Onun sözlərinə görə, amma bir şeyi də unutmamalıyıq ki, kələmin turşuda qırmızıya çalması həmişə saxtakarlıq deyil:

"Rəng qırmızı kələm, çuğundur, bəzən də paprika kimi təbii komponentlərdən gələ bilir. "3 günə hazır olur" iddiası da avtomatik olaraq kimyəvi qatqı demək deyil. Kələm nazik doğrandıqda, duz miqdarı, temperatur və prosesin texnologiyası dəyişəndə turşu daha tez turşulaşa bilər. Sadəcə bu turşunun dadı klassik uzun fermentasiya dadı ilə eyni olmaya bilər.

Əgər doğrudan da süni boya qatılıbsa, bir neçə məqama diqqət etməliyik. İcazəli qida boyası istifadə olunubsa, düzgün dozada adətən təhlükəsizlik qiymətləndirməsindən keçmiş maddələr olur. Amma hər kəs üçün təsiri eyni olmaya bilər. Bəzi həssas insanlarda səpgiyə bənzər reaksiyalar kimi hallar mümkündür. İcazəsiz texniki boya istifadə olunubsa, burada problem var. Məsələn, beynəlxalq təcrübədə qida üçün qadağan edilən “Sudan” tipli boyalarla bağlı əsas narahatlıq onların DNT-yə zərər verə bilməsi və xərçəng riski ilə əlaqələndirilməsidir. Buna görə qidada istifadəsi qanunsuz sayılır. Bu tip boyalar daha çox uzunmüddətli və nəzarətsiz qəbul baxımından riskli hesab olunur".

A.Vəliyev qeyd edib ki, ev şəraitində qida boyası istifadə olunub-olmadığını anlamaq çətindir:

"Amma şübhəni artıran kiçik əlamətlər ola bilər. Rəng həddən artıq parlaq və eyni tonludursa, suya, salfetə rəng çox çıxırsa, dad-qoxuda fərqin hiss olunursa, şübhələnə bilərik. Bunu birbaşa sübut kimi yox, sadəcə risk siqnalı qəbul edək. Ən praktik yanaşma etiketi olan, tərkibi və istehsalçısı göstərilən məhsulu seçməkdir. 

Belə halda əsas məsuliyyət istehsalçının üzərinə düşür. İstehsal edən də, satan da dövriyyəyə buraxdığı məhsulun təhlükəsizliyini təmin etməlidir. İzlənəbilən sənədləri olmalıdır. Aidiyyəti üzrə nəzarət orqanı AQTA isə risk əsaslı yoxlamalar aparır, nümunə götürür, uyğunsuzluq varsa, satışın məhdudlaşdırılması və geri çağırma kimi tədbirlər görür".

Həmidə İbrahimova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:426
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri