Azərbaycan Prezidentinin Çinə dövlət səfəri Milli musiqilərimiz ziyafətə rəng qatacaq
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində keçiriləcək rəsmi ziyafətin Azərbaycan ruhunu və mədəniyyətini layiqincə əks etdirən möhtəşəm atmosferlə yadda qalacağı gözlənilir.
Oxu.Az-ın verdiyi məlumata görə, tədbirdə səsləndiriləcək musiqi nümunələri sırasında "Arşın mal alan" filmindən parçalar, "Ağ yelkən", "Mənim Azərbaycanım", "Bakı", "Sənə də qalmaz", "Nostalji" kimi yaddaqalan əsərlər yer alacaq. Musiqilər Çinin Xalq Azadlıq Ordusunun Hərbi Orkestri tərəfindən, tanınmış dirijor Çjao Çuantszeyin rəhbərliyi ilə ifa olunacaq.
Ziyafətin kulinariya menyusu da diqqətçəkəndir. Qonaqlara Pekin ördəyi, bulyonda tərəvəz, krab ətli əriştə, zəfəran sousunda treska, mollyusklu bulyon, eləcə də şirniyyat, meyvə və desertlər təqdim olunacaq. Şərab menyusunda isə 2009-cu il "Great Wall" kaberne sovinyon və 2016-cı il "Changyu" şardone ağ şərabı yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 23 Aprel 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















