Icma.az
close
up
RU
Türkiyəli general: Azərbaycan Prezidentinin Çinə səfəri XXI əsrin geosiyasi xəritəsində yeni səhifə açdı

Türkiyəli general: Azərbaycan Prezidentinin Çinə səfəri XXI əsrin geosiyasi xəritəsində yeni səhifə açdı

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Ölkələrarası münasibətlərdə və bir neçə dövlətin iştirak etdiyi region əlaqələrində birinci dərəcəli prioritet siyasi sabitlikdir. Siyasi sabitlik olmadan nə iqtisadi, nə də humanitar əlaqələrin təmin edilməsi mümkün deyil. Dünya çox sürətlə dəyişir və bu dəyişən şəraitdə yeni əməkdaşlıq sahələri, imkanlar meydana çıxır ki, bunların da əsasını siyasi sabitlik təşkil edir. Bu baxımdan, Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma iki ölkəyə sülh gətirməklə yanaşı, İran, Gürcüstan, Türkiyə, Rusiya, Çin, İngiltərə və hətta Albaniyanı da müxtəlif perspektivlər və əməkdaşlıq sahələri çərçivəsində bir-birinə bağlayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz səsləndirib.

General deyib ki, Qarabağ Zəfərindən sonra Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın gecikmiş olsa da bu reallığı qəbul etməsi həm regional, həm də qlobal mənada Qafqaz regionunu sülhün mərkəzi mövqeyinə gətirəcək. Azərbaycanın və Türkiyənin birgə səyləri regionu sülh, sabitlik, əməkdaşlıq mühitində enerji siyasəti, logistika və nəqliyyat layihələri baxımından daha əhəmiyyətli statusa yüksəldəcək.

Yücel Karauz bildirib ki, dünyanın iqtisadi güc mərkəzlərindən biri olan Çin yalnız Uzaq Şərqə deyil, siyasi, hərbi və iqtisadi potensialı ilə bütün dünyaya qlobal səviyyədə təsir edir. Bəzi ölkələrdə mövcudluğunu qoruyan Çin digər regionlarda da logistika və başqa sahələrdəki inkişaf sayəsində həmin dövlətlərlə münasibətlər qurmağa çalışır.

“Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan-Çin münasibətlərinin güclənməsi Azərbaycanı müxtəlif ölkələrlə balanslı və tənzimlənən əməkdaşlıq imkanları baxımından üstün mövqeyə gətirib çıxarıb. Təbii ki, bu çevik diplomatiya Azərbaycanı daha da güclü edir. Azərbaycan yalnız Türkiyə, ABŞ, Çin kimi böyük dövlətlərlə deyil, digər ölkələrlə də əməkdaşlıq zəminində, milli maraqları istiqamətində çoxşaxəli xarici siyasət həyata keçirir. Eyni zamanda düşünürəm ki, viza rejimi məsələsi də vacib mövzudur”, - deyə ekspert bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri