Icma.az
close
up
RU
Somali Prezidentinin Azərbaycana rəsmi səfəri çox əhəmiyyətlidir

Somali Prezidentinin Azərbaycana rəsmi səfəri çox əhəmiyyətlidir

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çox əhəmiyyətlidir".   

Bunu Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının təsisçisi Rəna Qəfərova bildirib. O qeyd edib ki, görüş Azərbaycan və Afrika ölkələri, xüsusən də Somali ilə diplomatik, siyasi və iqtisadi münasibətlərin inkişafı baxımından mühüm addımdır: “Bu səfər hər iki ölkəyə böyük faydalar gətirəcək.  Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivlərinin genişlənməsi strateji əhəmiyyət daşıyır”.

Təşkilat rəhbəri Azərbaycan Prezidentinin mətbuata bəyanatına istinad edərək vurğulayıb ki, imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığa olan siyasi iradəni göstərir və bu razılaşmalar münasibətləri daha yüksək səviyyəyə qaldıracaq:

"Bu bəyanat Azərbaycan-Somali əlaqələrinin təkcə rəsmi sənədlərlə məhdud qalmayacağını, onların real layihələr və əməkdaşlıq formatları ilə gücləndiriləcəyini vurğulayır. Ümumiyyətlə, Prezident İlham Əliyevin xarici siyasəti ölkələrarası strateji tərəfdaşlığı möhkəmləndirmək və qarşılıqlı əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq məqsədi daşıyır. Onun rəhbərliyi ilə Azərbaycan qlobal arenada nüfuzunu artırır və dost ölkələrlə əlaqələri gücləndirir. Dövlət başçısının praqmatik xarici siyasəti Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirir. 

Azərbaycanın müstəqillik dövründə qazandığı təcrübə və iqtisadi inkişaf modeli Somali üçün maraqlı ola bilər. Bakı və Moqadişo arasında siyasi dialoqun güclənməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılmasına da töhfə verə bilər. Geosiyasi müstəvidə bu səfər ölkəmizin beynəlxalq nüfuzunu gücləndirə bilər. Azərbaycan qlobal siyasətdə yeni bazarlara və əməkdaşlıqlara açıq olan bir ölkə kimi öz mövqeyini daha da möhkəmləndirə bilər". 

Görüşün iqtisadi tərəfinə toxunan R.Qəfərova Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika və humanitar sahələrdə yeni imkanların yarana biləcəyini deyib.

Sonda, Afrika-Azərbaycan Ticarət Əlaqələri rəhbəri olaraq, R.Qəfərova bu il Afrika ölkələrinə səfərlərin planlaşdırıldığını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri