Icma.az
close
up
RU
Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır? AÇIQLAMA

Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır? AÇIQLAMA

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Slovakiya dekabrda Azərbaycandan qaz idxal edəcək. Respublikada milli qaz enerjisi sisteminin ən böyük operatoru olan Slovakiyanın SPP şirkəti Ukrayna ərazisindən tranzitin dayandırılmasından ehtiyat edərək Azərbaycandan qazın tədarükü üçün qısamüddətli sınaq müqaviləsi imzalayıb. Azərbaycan tərəfdən tərəfdaş dövlət şirkəti SOCAR-dır. Müqavilə bir aylıqdır. Slovakiya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq uğurlu olarsa, bu müddət uzadıla bilər.

Ümumi olaraq Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır? 

Mövzu ilə bağlı Milli.Az-a politoloq Yusif Bağırzadə açıqlama verərək bildirib ki, bu gün karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması, eləcə də Şimal marşrutu üzrə enerji axınında yaranmış çətinliklər fonunda Azərbaycanın strateji mövqeyinin artması danılmaz həqiqətdir. 

"Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə, eləcə də Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol ölkəmizi kifayət qədər cəlbedici edir. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub və enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunub. Bu gün Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir.

Bu baxımdan Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsi təbiidir. Hal-hazırda Azərbaycanın qazının nəql edildiyi 10 ölkədən səkkizinin Avropa ölkəsi olması da bunun bariz sübutudur. Slovakiyanın dekabrda Azərbaycandan qaz idxal edəcəyinə gəldikdə isə bu gözlənilən idi. Belə ki, hələ bu ilin may ayında Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyannamə imzalandı və o bəyannamə özündə bir sıra sahələrdə əməkdaşlığı ehtiva edirdi. Bu sahələrdən biri də enerji sahəsində əməkdaşlıqdan ibarətdir".

Politoloq qeyd edib ki, Slovakiya Baş Nazirinin ölkəmizə səfəri zamanı liderlərin mətbuata verdikləri açıqlamada Prezident İlham Əliyev Avropada qaz nəql etdiyimiz 9-cu ölkənin Slovakiya olacağına inamını ifadə etmişdi və bu artıq reallığa çevrilir. Məlumdur ki, 2023-cü ildə "Həmrəylik Halqası" adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaranıb.
"Slovakiyanın Azərbaycan qazını almaq istəyən son Avropa ölkəsi olmayacağını da söyləmək olar. Çünki Azərbaycan enerji təhlükəsizli sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirib və bu hər kəs tərəfindən qəbul olunur. Xüsusilə də Mərkəzi və Şərqi Avropa ölkələri Azərbaycan qazını almaqda olduqca maraqlıdırlar. Burada Çexiya, Polşa kimi ölkələri qeyd etmək olar. Ümumiyyətlə isə 2025-ci ilin sonundan etibarən Trans-Adriatik Qaz Boru Kəməri genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1,2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq ki, bunun da 1 milyard kubmetri əlavə olaraq İtaliyaya, 200 milyon kubmetri isə Albaniyaya satılacaq. Eyni zamanda Ruminiyanın Azərbaycandan qaz alması gələcəkdə Moldovanın da ölkəmizdən qaz almasına imkan verir. Qazın Rumıniyadan Moldovaya ötürülməsi üçün bütün texniki imkanlar var".

Aysel Əkbər
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri